Bakı küçələri hər gün iki dəfə yuyulacaq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı küçələri hər gün iki dəfə yuyulacaq – FOTO

10:58 - 22 / 03 / 2020
Bakı küçələri hər gün iki dəfə yuyulacaq – FOTO

Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakıda gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaq.

Bu barədə 1news.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaq.

S.Xankişiyeva

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər