Bakı Media Mərkəzi bayram namazının çəkilişini və canlı yayımını həyata keçirib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Media Mərkəzi bayram namazının çəkilişini və canlı yayımını həyata keçirib - VİDEO

18:34 - 31 / 07 / 2020
Bakı Media Mərkəzi bayram namazının çəkilişini və canlı yayımını həyata keçirib - VİDEO

Müqəddəs Qurban bayramı ilə bağlı bayram namazı bu il karantin qaydalarına uyğun fərqli şəkildə baş tutub. Bakı Media Mərkəzinin çəkilişlərini həyata keçirdiyi mərasim zamanı din xadimləri, Qafqaz Müsəlmanları idarəsinin təmsilçiləri Bakı şəhəri Binəqədi rayonunda yerləşən "Heydər" məscidində bayram namazı qılıb, xalqımız üçün dualar ediblər.

Bakı Media Mərkəzindən bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri Hacı Şahin Həsənli və Hacı Ceyhun Rüstəmovun bayram namazı ilə bağlı xütbələri dinlənilib. Eyni zamanda Müqəddəs Qurban bayramı ilə bağlı Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Qafqaz Müsəlmanları idarəsinin sədr müavini Hacı Salman Musayevin çıxışlarına yer verilib.

Qeyd edək ki, bayram namazı Bakı Media Mərkəzinin çəkiliş qrupu tərəfindən ən müxtəlif rakurslardan geniş şəkildə çəkilib və yüksək keyfiyyətli görüntü birbaşa yayım avadanlıqları vasitəsilə İctimai TV, Real TV, o cümlədən, mərkəzin rəsmi sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanıb.

Canlı bağlantı zamanı bayram ərəfəsində Bakı Media Mərkəzinin yaradıcı heyətinin ölkəmizin ən müxtəlf şəhər və regionlarında mövcud olan, milli ornamentlərimizlə bəzədilmiş, islam arxitekturasının gözəl nümunələri sayılan məscid və ziyarətgah komplekslərimizdə etdikləri çəkilişlərin görüntülərindən də istifadə olunub.

1news.az

Paylaş:
812

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər