Bakıda ekspress xətlər üzrə avtobusların cədvəli açıqlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda ekspress xətlər üzrə avtobusların cədvəli açıqlandı

22:51 - 23 / 03 / 2020
Bakıda ekspress xətlər üzrə avtobusların cədvəli açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilir.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, M1 və M2 ekspress marşrut xətləri avtobuslar 06:00-22:00 arası fəaliyyət göstərəcək. Ekspress xətlər üzrə avtobusların yalnız metro stansiyaların çıxışlarında olan dayanacaq məntəqələrində dayanacaq:

M1 - xətti: H.Aslanov m/st. - Əhmədli m/st - Xalqlar Dostluğu m/st. - Neftçilər m/st. - Q.Qarayev m/st. - Koroğlu m/st. - N.Nərimanov m/st. - Gənclik m/st. - Azadlıq pr. m/st. - 3-cü mkr. dairəsi (M.Əcəmi m/st.) - 20 Yanvar m/st. (ümumilikdə 11 m/st.)

M2 - xətti: H.Aslanov m/st. - Əhmədli m/st - Xalqlar Dostluğu m/st. - Neftçilər m/st. - Q.Qarayev m/st. - Koroğlu m/st. - N.Nərimanov m/st. - Gənclik m/st. - 28 May m/st. - Sahil m/st. - İçərişəhər m/st. - Nizami m/st. - Elmlər Ak. m/st. - İnşaatçılar m/st. - 20 Yanvar m/st. (ümumilikdə 15 m/st.)

Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Marşrutlar üzrə sərnişindaşımalar "BakuBus" MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 - 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçiriləcək. Zərurət yaranacağı halda böyüktutumlu (18 m) avtobusların istismarı nəzərdə tutulub. Hər iki xətt üzrə gediş haqqı 0.30 qəpik müəyyən edilib və ödəniş nağdsız formada "BakıKart"la olacaq.

Məlumatda, həmçinin deyilir: "Eyni zamanda bildiririk ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcək.

Sərnişinlərdən metrodan istifadəni minimuma endirməyi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Həmçinin zəruriyyət evdən çıxmamağı tövsiyə edirik".

1news.az

Paylaş:
2698

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər