Baş Prokurorluğun KİV-ə müraciəti: İntihar hadisələrinin ictimailəşdirilməsini doğru saymırıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluğun KİV-ə müraciəti: İntihar hadisələrinin ictimailəşdirilməsini doğru saymırıq

15:26 - 16 / 08 / 2019
Baş Prokurorluğun KİV-ə müraciəti: İntihar hadisələrinin ictimailəşdirilməsini doğru saymırıq

İntiharlarla bağlı xəbərlərin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümidsizliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və kütləvi informasiya vasitələrində yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir.

1news.az xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  deyib.

Baş Prokurorluğun intihar hadisələrinin ictimailəşdirilməsinin qəti əleyhinə olduğunu vurğulayan E.Sultanov bildirib: “Xüsusi qeyd etməliyəm ki, intihar hallarını araşdıran nüfuzlu beynəlxalq təşkilatların qənaətinə görə, bir sıra hallarda kütləvi informasiya vasitələrində intihar faktlarının sensasiya kimi təqdim edilərək qabarıq şəkildə işıqlandırılması, bu hadisələrin törədilmə üsullarının detallarının ətraflı təsvir olunması, habelə özünə qəsd etmənin insanların düşdükləri çətin vəziyyətdən yeganə çıxış yolu kimi təqdim edilməsi müəyyən səbəblərə görə özünü öldürməyə meyilli olan şəxslərdə bununla bağlı qətiyyətin formalaşmasına gətirib çıxarır və onların belə əməllər törətmələrinə təkan verir”.

İntihar hadisələrinin səbəblərinə toxunan Baş Prokurorluğun rəsmisi bildirib ki, onlar müxtəlifdir. Hadisələrin baş vermə səbəbləri təhlil edilərkən, onların əsasən ailə münaqişələri zəmnində, psixi və sair xəstəliklərlə əlaqədar, ailə üzvlərinin və yaxın qohumlarının ölümündən sonra insanların tənha yaşamaları və bu hadisələrin təsirindən yaranmış kədər hissləri, uğursuz sevgi münasibətləri, narkotik vasitələrdən və spirtli içkilərdən sui-istifadə halları ilə bağlı törədilməsi müəyyən edilib. “İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək də qətiyyən düzgün deyil. Belə ki, Norveçin adambaşına düşən ümumi daxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, bu ölkədə əhalinin hər 100 min nəfərinə düşən intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq, həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə işıqlandırmır”, - deyə E.Sultanov qeyd edib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, həmçinin bildirib ki, Azərbaycanda hər 100 min nəfərə düşən intihar hadisələrinin sayı Avropa və MDB ölkələri ilə müqayisədə azlıq təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ildə dərc etdiyi (2000-2016-cı illər üzrə) məlumatlara əsasən Avropa dövlətlərində əhalinin hər 100 min nəfərinə düşən intihar hadisələrinin sayı Litvada 31,9, Rusiyada 31, Belarusda 26,2, Norveçdə 12,2 və sair olduğu halda Azərbaycanda 2,6 nəfər təşkil edib.

Azərbaycanda intihar hadisələrinin artım tempinə gəldikdə, E.Sultanov qeyd edib ki, bu artım cüzidir.

1news.az

 

Paylaş:
342

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər