Bakıda vətəndaşları xaricdə təhsil vədi ilə aldadan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda vətəndaşları xaricdə təhsil vədi ilə aldadan şəxs saxlanılıb

1news Redaksiyası18:05 - Bu gün
Bakıda vətəndaşları xaricdə təhsil vədi ilə aldadan şəxs saxlanılıb

Nəsimi rayonu ərazisində vətəndaşların etibarından sui-istifadə edilərək pul vəsaitlərinin ələ keçirilməsi faktları qeydə alınıb.

1news.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən M.Ələkbərzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, M.Ələkbərzadə müxtəlif vətəndaşlara övladlarının xaricdə təhsil almasına, digər təhsil müəssisələrinə transferinə və bu sahədə müxtəlif məsələlərin həllinə köməklik göstərəcəyini vəd edib. O, bu məqsədlə vətəndaşlardan birindən 9000, digərindən isə 3000 manat alaraq verdiyi vədlərə əməl etməyib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər