1news.az

Böyük Şor gölünün çirkli maddələrdən təmizlənməsi davam etdirilir - FOTO

10 İyul saat 12:57 ~ 1 dəqiqəlik oxu 4120
Böyük Şor gölünün çirkli maddələrdən təmizlənməsi davam etdirilir - FOTO

Bakının Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi işləri davam etdirilir.

1news.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası gölün təmizlənməsi işlərini həyata keçirir. Artıq gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Əraziyə toplanmış çirkab maddələr yığılaraq ərazidən kənarlaşdırılır.

Ümumilikdə Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin əksəriyyətitəmizlənib. Gölün yaxın günlərdə tam olaraq çirkabdan təmizlənməsi nəzərdə tutulub.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net