Bu gün “Qarabağ” “Sivasspor”la qarşılaşacaq | 1news.az | Xəbərlər
Futbol

Bu gün “Qarabağ” “Sivasspor”la qarşılaşacaq

16:50 - 05 / 11 / 2020
Bu gün “Qarabağ” “Sivasspor”la qarşılaşacaq

Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununu keçirəcək.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri III turun matçına səfərdə çıxacaq.

Ağdam təmsilçisi Türkiyənin "Sivasspor" klubu ilə qarşılaşacaq. Hər iki komanda ilk dövrəni xalsız bitirməmək üçün mübarizə aparacaq.

Təl-Əvivdə "Makkabi"yə 0:1, İstanbulda "Vilyarreal"a 1:3 hesabı ilə uduzan "Qarabağ" qardaş ölkədə ardıcıl ikinci matçında uğur qazanmaq üçün çalışacaq. 1/16 final şansını çətinə salmamaq üçün Qurbanovun yetirmələri qələbə qazanmalıdır. İstənilən xal itkisi ağdamlıların qrupdan çıxmaq ehtimalını minimuma endirəcək.

Sivas təmsilçisi də eyni durumda olduğundan meydana qələbə üçün çıxacaq. Bu, müdafiədə etibarlı oynamağa borclu olan "Qarabağ"ın meydan sahiblərini cəzalandırmasına əlavə imkan yarada bilər.

Sivasdakı "Yeni 4 Eylül" stadionundakı görüş ağdamlıların qardaş ölkə təmsilçiləri ilə ilk dueli olacaq. İndiyədək türkiyəlilərlə qarşılaşmayan "Qarabağ" ilk sınaqdan üzüağ ayrılmaq əzmindədir. Hər halda iki matçda 7 qol buraxan rəqibin müdafiəsindəki çatışmazlıqlar Qurbanovun da diqqətindən yayınmayıb. Təcrübəli mütəxəssisin yetirmələri bu boşluqları meydanda taparaq yararlanmalıdır.

Qeyd edək ki, "Sivasspor" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Avropa Liqası
İ qrupu, III tur
5 noyabr

21:55. "Sivasspor" (Türkiyə) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Sandro Şarer (İsveçrə)
Sivas. "Yeni 4 Eylül" stadionu

1

Vilyarreal

2

2

0

0

8-4

6

2

Makkabi

2

2

0

0

3-1

6

3

Sivasspor

2

0

0

2

4-7

0

4

Qarabağ

2

0

0

2

1-4

0

1news.az

Paylaş:
1008

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər