Cem Yılmaz Bakıda çıxış edəcək (18+) – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Cem Yılmaz Bakıda çıxış edəcək (18+) – FOTO

14:00 - 09 / 10 / 2019
Cem Yılmaz Bakıda çıxış edəcək (18+) – FOTO

Türkiyənin məşhur komediya ustası, aktyor və şoumen Cem Yılmaz Bakıda  “Diamond Elite Platinum Plus” stand-up şousu ilə çıxış edəcək. 

Möhtəşəm konsert proqramı 16-17 noyabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq.
Yumoristik çıxışları ilə məşhurlaşan Cem Yılmaz həmçinin bir çox filmlərdə də çəkilmiş və Türkiyə şou-biznes aləminin ən tanınan simaları siyahısında yer tutmuşdur.
 
Tanınmış şoumenin izləyiciləri onun Bakıya səfərini səbirsizliklə gözləyirdilər. Cem Yılmaz bizim paytaxta bir neçə dəfə dəvət olunsa da, razılıq baş tutmamışdır. Və nəhayət bu gözəl hədiyyəni sənətkarın Bakıdakı auditoriyasına TOPAZ bəxş etdi! Cem Yılmazın möhtəşəm konsert proqramı da məhz TOPAZ brendinin dəstəyi və təşkilatçılığı ilə keçiriləcək.

“Caspiantech” (daha öncə "Azərinteltek" QSC olmuşdur) QSC-nin ticarət nişanı olan TOPAZ 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. Yarandığı dövrdən indiyədək idmanın inkişafına fəal dəstək verən TOPAZ markası 2012-2019-cu il tarixlərində Azərbaycan Premyer Liqasının sponsoru olmuşdur. Bundan başqa, bir çox layihələr üzərində çalışaraq Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına layiqli töhfələr vermişdir.
 E-TOPAZ 18 yaşına çatmış hər şəxsə Cem Yılmazın şousuna bilet qazanmaq şansı yaradır. Bunun üçün www.etopaz.az saytına daxil olub kampaniyanın bütün şərtləri ilə tanış olmaq lazımdır.
Biletləri iTicket.az saytında və kassalarında əldə etmək olar.

Reklam hüququnda

 

Paylaş:
1735

Son xəbərlər

Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47
Bütün xəbərlər