Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlanıb

First News Media15:38 - Bu gün
Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlanıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilən bağlamada narkotik aşkarlanıb.

Bu barədə 1news.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin bağlamaya baxış keçirilərkən orada olan tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə aşkarlanan narkotik vasitələr 0,543 qram qurudulmuş marixuana, 0,716 qram heroin və 0,567 qram metamfetamin olub.

Həmçinin Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən geyimin üzərində xüsusi üsulla tikilərək gizlədilmiş ümumilikdə 4 ədəd bükülüdə 0,888 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər