Deputat Məzahir Əfəndiyev Göyçay rayonuna səfər etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat Məzahir Əfəndiyev Göyçay rayonuna səfər etdi

09:46 - 18 / 09 / 2020
Deputat Məzahir Əfəndiyev Göyçay rayonuna səfər etdi

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev 16 sentyabr tarixində Göyçay rayonuna səfər etdi.

Səfər çərçivəsində millət vəkili ilk öncə ərazi üzrə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərən gənc məzunlarla görüşüb.

Karantin rejimi qaydaları çərçivəsində deputat Göyçay, Ağdaş təhsil şöbələrinin nümayəndələri və məzunlarla birlikdə ilk öncə Göyçay şəhər Heydər Əliyev parkında Ümummili Lider Heydər Əliyevin abidəsi üzərinə tər qərənfillər düzərək, ruhunu ehtiramla yad etdi, daha sonra çay süfrəsi ətrafında gənclərə gələcək fəaliyyətləri ilə bağlı öz məsləhət və tövsiyələrini verdi.

Görüşdə Məzahir Əfəndiyev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü və ölkəmizdə gənclərə geniş imkanlar yaradıldığını xüsusi vurğuladı. Sonra ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal  topladıqlarına görə məzunları səmimi qəlbdən təbrik edib, hədiyyələr təqdim edərək onlara xoş arzularını çatdırıb, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

İştirakçı gənclər millət vəkilinə gələcək planları ilə bağlı məlumat verərək görüşə görə öz dərin minnətdarlıqlarını bildirdilər.

Sonra M.Əfəndiyev Azərbaycan ədəbiyyatının görkəmli söz sərraflarından olan Xalq şairi Rəsul Rzanın ev muzeyini ziyarət edib və onun həyat yaradıcılığı ilə tanış olub. Muzeyin bələdçiləri Rəsul Rzanın müxtəlif illərdə çəkilmiş fotoşəkillərini, kitablarını nümayiş etdiriblər. Ziyarət zamanı millət vəkili çıxış edərək qeyd edib: “Rəsul Rza xalq arasında sonsuz şöhrət qazanmış, böyük istedadı, zəngin və hərtərəfli bədii təfəkkürü ilə ölümsüz əsərlər yaratmış ustad sənətkardır. O, yüksək bədii dəyəri, milliliyi və rəngarəngliyi özündə ehtiva edən gözəl əsərləri ilə həyat həqiqətlərini incəliklərinə qədər əks etdirib, yaradıcılığı və çoxşaxəli fəaliyyəti ilə yaddaşlarda dərin iz qoyaraq xalqımıza misilsiz sənət inciləri            bağışlayıb”.

Deputat muzeyin kollektivi ilə ev muzeyinin bu günü barədə səmimi söhbət etmiş, hədiyyə təqdim edərək xatirə dəftərinə ürək sözlərini yazdı.

Daha sonra “Gənclərin İnkişafı və Karyera Mərkəzi”nin kollektivi ilə görüşən deputat gənclər üçün yaradılan şərait ilə tanış oldu. Kollektivə müraciətində qeyd etdi: “Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da gənclərin davamlı inkişafındadır. Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsil, qabiliyyət və bacarıq vasitəsilə reallaşdırmaq mümkündür.”

Sonda 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev karantin qaydaları çərçivəsində Göyçay və Ağdaş rayonları üzrə vətəndaş qəbulu keçirib.

Qəbula gələn vətəndaşlar əsasən sosial yönümlü məsələlər, işsizlik, pensiya, sosial müavinətlər, məişət problemləri kimi müxtəlif mövzularda müraciətlər ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Qeyd edək ki, qəbulda 20-yə yaxın ərazi üzrə vətəndaş iştirak edib.

1news.az

Paylaş:
1391

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər