Deputat: “Sabirabadda 15 nəfər 11-ci sinif şagirdi pulsuz hazırlaşdırılacaq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “Sabirabadda 15 nəfər 11-ci sinif şagirdi pulsuz hazırlaşdırılacaq”

13:07 - 22 / 09 / 2020
Deputat: “Sabirabadda 15 nəfər 11-ci sinif şagirdi pulsuz hazırlaşdırılacaq”

“2018-2019-cu il üçün 1428 məzundan yalnız 42%-i ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edib. İştirak edən abuturiyentləridən isə 37% ali təhsil müəssisələrinə qəbul olub. Bütövlükdə rayon məzunlarının ali təhsil müəssisələrin qəbul olma faizi 17% bərabərdir”.

1news.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov Sabiradda seçiciləri ilə keçirdiyi görüşdə deyib.

Deputat bildirib ki, Azərbaycanda ən aşağı qəbul olma faizi Sabirabad rayonuna məxsusdur.

“Bu barədə Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, yerli təhsil idarəsi və rayon ictimaiyyəti ilə geniş müzakirələr aparmışıq.  Eyni zamanda Sabirabad rayon təhsil idarəsi və məktəb direktorları ilə görüşümüz oldu. Sabirabadda təhsilin inkişafına mane olan bütün neqativ hallar açıq formada müzakirə edildi. Əlbətdə bu problemləri bir gündə həll etmək mümkün deyil, eyni zamanda həyata keçiriləcək islahatların nəticəsini də bir gündə görmək mümkün deyil”.

Deputatın sözlərinə görə, Rayonda təhsilin səviyyəsinin inkişafına kiçik də olsa töhfə vermək üçün “Düşünən Azərbaycan Gənci” (DAĞ) layihəsi çərçivəsində pontesialı yüksək, lakin ailəsinin gəliri çox aşağı olan 4 qrup üzrə 15 nəfər 11-ci sinif şagirdinin 1 illik hazırlıq kurslarına tam dəstək veriləcək, onlar pulsuz hazırlaşdırılacaq.

Qeyd edim ki, layihənin əsas tərəfdaşı Kainat kurslarının təsisçisi İlqar müəllimdir.

Kainat Tədris Mərkəzi 15 nəfər gəncin hazırlıq kurslarının ödənişinə 50 faiz güzəşt edir. Digər 50 faizi isə “Aqrar İnnovasiya və Təhcizat Şirkəti” sosial korporativ məsuliyyət çərçivəsində dəstək olur”.

“Milli Məclisin deputatı kimi hər iki şirkətə öz təşəkkürümü bildirirəm” – deyə, deputat fikirlərinə əlavə edib:

“ Gələn həftə seçilmiş 15 nəfəri, Kainat Kursu və “Aqrar İnnovasiya və Təhcizat Şirkəti”-nin rəhbərliyini Milli Məclisə dəvət edəcəm və layihə barədə geniş təqdim edəcik.

2020-ci ildə Sabirabadda ümumilikdə 8 nəfər 600 balı keçib, ümid edirəm ki, 2021-ci ildə 500 və 600 balı keçən şagirdlərin sayı 2 dəfə artacaq.

Cari ilin 20 sentyabr tarixində KAİNAT kursu tərəfindən 11-ci sinif şagirdləri üçün ilkin test mərhələsi keçirilib, bu həftə ərzində isə intervyu ediləcək.

DAĞ layihəsi, seçilmiş 15 nəfər, onların həftəlik fəaliyyəti, onlar üçün Bakıda təşkil ediləcək universitet turları, rayonda təhsilin təşviqi ilə bağlı keçiriləcək maarifləndirmə tədbirlər və digər məlumatlar DAĞ layihəsinin yeni facebook səhifəsində paylaşılacaq”.

1news.az

Paylaş:
664

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər