Dövlət İmtahan Mərkəzi Azərbaycanda ESOL beynəlxalq ingilis dili imtahanlarını keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi Azərbaycanda ESOL beynəlxalq ingilis dili imtahanlarını keçirəcək

14:15 - 08 / 07 / 2020
Dövlət İmtahan Mərkəzi Azərbaycanda ESOL beynəlxalq ingilis dili imtahanlarını keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) ESOL beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib.

Mərkəzdən 1news.az-a verilən məlumata görə, DİM may ayında “PeopleCert Qualifications Ltd” təşkilatının qolu olan LanguageCert Qiymətləndirmə Mərkəzinin LanguageCert International ESOL (English for Speakers of Other Languages) adlı beynəlxalq imtahanının ölkədə təşkil olunmasına dair auditi uğurla keçib.

Böyük Britaniyanın qiymətləndirmə üzrə nəzarət qurumu - Ofqual tərəfindən tanınan LanguageCert müxtəlif dillər üzrə (ingilis, ispan, türk) bacarıqların qiymətləndirilməsini və sertifikatlaşdırılmasını həyata keçirən təşkilatdır.

Təşkilat, həmçinin ALTE və EALTA kimi beynəlxalq qiymətləndirmə assosiyasiyalarının üzvüdür. LanguageCert imtahanlarının nəticələri 57 ölkənin kolleci, universiteti və institutları tərəfindən qəbul olunur.

İmtahanlar onlayn qaydada təşkil olunur və DİM Azərbaycanda müvafiq lisenziyanı əldə edən ilk qurumdur. LanguageCert imtahanlarının nəticələri 57 ölkənin kolleci, universiteti və institutları tərəfindən qəbul olunur.

Qeyd edək ki, LanguageCert International ESOL imtahanlarının onlayn qaydada ev şəraitində idarə olunması artıq müxtəlif ölkələrdə tətbiq edilir. Bu növ imtahanlar onların məzmunu, keyfiyyəti və təhlükəsizlik prinsiplərində heç bir narahatlıq yaratmır. İmtahanlarda real vaxt ərzində həm insan tərəfindən proktorinq (nəzarət), həm də süni intellekt texnologiyası vasitəsilə ən çətin aşkarlanan hərəkətləri görmək və lazımi addımları atmaq üçün yüksək səviyyəli təhlükəsizlik tədbirləri həyata keçirilir.

Qafar Ağayev

Paylaş:
476

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər