Yağış, şimşək, dolu... - Sabahın hava proqnozu | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış, şimşək, dolu... - Sabahın hava proqnozu

First News Media12:37 - Bu gün
Yağış, şimşək, dolu... - Sabahın hava proqnozu

Sentyabrın 25-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.

1news.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilsə də, gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti olacaq. Dağlıq ərazilərdə gecə 12-17° isti, gündüz 19-24° isti təşkil edəcək.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər