Dövlət və üçüncü sektor: yeni dialoq formatı nə vəd edir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət və üçüncü sektor: yeni dialoq formatı nə vəd edir?

17:21 - 21 / 09 / 2020
Dövlət və üçüncü sektor: yeni dialoq formatı nə vəd edir?

Artıq bir neçə aydır ki, dünyada tüğyan edən koronavirus pandemiyası həyatın əksər vacib sahələrini ya iflic edib, ya da əvvəlki inkişaf və dəyişmə tempini aşağı salıb. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da proseslərin davamlılğını təmin etmək, yeni təşəbbüslərə açıq olmaq və inkişafdan qalmamaq üçün yeni qaydalar, üsullar öyrənilir, sınaqdan keçirilir.

Ölkəmizdə bir müddətdir ki, sanki durğunluq dövrünü yaşayan ictimai-siyasi proseslərə hansısa bir istiqamət vermək, ictimai platformalarda həmrəylik yaratmaq, dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin arasında çatların əmələ gəlməsində maraqlı olacaq qüvvələri neytrallaşdırmaq üçün fərqli mexanizmlər düşünülür və tətbiq olunur. Doğrusu, martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının açılışında geniş nitq söyləyən Prezident İlham Əliyev xatırlatmışdı ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün yeni və konkret addımlar atmaq lazımdır.   Dövlət başçısının çıxışındakı bu mühüm tezisi inkişaf etdirmək üçün bir sıra diqqət cəlb edən addımlar atılmaqdadır. Bunlardan biri də  Prezidentin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyevin QHT-lərlə baş tutan silsilə görüşlərini qeyd etmək olar.  Belə ki, ümumilikdə 300-dən çox QHT rəhbəri ilə Prezidentin köməkçisi Hikmət Hacıyevin onlayn formada görüş və müzakirəsi bir ilk idi.  Görüşlərdə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyi də iştirak edərək koordinasiyanı həyata keçirdi.  Əlbəttə, pandemiya olmasaydı, bəlkə də, ümumi bir konfrans tipində real görüş baş tuta bilərdi. Amma iştirakçıların söz, fikir və təklif vermə haqqı və fürsəti bu qədər aydın və əhatəli olmayacaqdı. Çünki etiraf edək ki, real tədbirlərdə çıxışlara reqlament qoymaq çətin olur, olsa da hər kəs buna ciddi əməl eləmir. Üstəlik uzun mətnləri xatırladan çıxışlar yorucu olur və təxminən 1-2 saatdan sonra həmin tədbirdə iştirakçı sayının azalması aydın müşahidə olunur. Lakin  müxtəlif istiqamətlər üzrə fəaliyyətlər sahəsində ixtisaslaşan təşkilatlarla qurulan son virtual görüşlər öz yeni dəst-xətti ilə seçildi.

Əvvəla, iştirakçılar maksimum reqlament qaydalarına riayət etdilər, bundan əlavə, hələ pandemiyadan əvvəldən üzərini az qala toz basmış təkliflər, tələblər irəli sürüldü. Vaxtılə, üzərindən  sükutla keçilən bir sıra mətləblərə aydınlıq gətirildi. PA rəsmisi və Şura rəhbərliyi vətəndaş cəmiyyətini təmsil edən qurum rəhbərlərini axıradək təmkinlə dinlədilər və təklifləri qəbul etdilər. Onu da xatırladım ki,  ardıcıl həyata keçirilən bu virtual görüşlərdə tam demokratik ab-hava hökm sürdü. Hətta siyasi baxışları üst-üstə düşməyən, ideoloji cəhətdən belə bir-birini tamamlamayan ictimai təşkilat rəhbərlərinin söz haqqı tanındı. Onların təklifləri aktlaşdırıldı. Yəni hər birininin çıxışında qeyd etdikləri məsələlərə baxılacağı, nəzərə alınacağı deyildi, geri çevrilmədi, üzərilərinə gedilmədi.  ­

Prezidentin köməkçisi təşkil olunan bütün ardıcıl görüşlərdə QHT rəhbərləri tərəfindən səsləndirilən təkliflərin yubanmadan araşdırılacağını, onların həlli istiqamətində müvafiq addımların atılacagını bildirdi. Bir sözlə, vətəndaş cəmiyyətinin əsas atributu olan fikir plüralizminə maksimum  riayət edildi. Əlbəttə, dövlət və cəmiyyət arasında dialoqun dərinləşdirilməsi üçün bu kimi virtual və ya real forumların keçirilməsi nə qədər vacibdirsə, dövlətin və rəsmi təmsilçilərinin təmkin, adekvat reaksiya nümayiş etdirməsi, səmimi mühit yaratmağa çalışması da eyni səviyyədə əhəmiyyətlidir.  İctimai təşkilatların vətəndaş cəmiyyətinin formalaşdırılmasında rolunun və yerinin müəyyənləşdirilməsi baxımından bu təşəbbüs cəmiyyət tərəfindən bəyənildi. Baxmayaraq ki, qaraguruhçular həmişə, hər yerdə olduğu kimi, bu dəfə də danışmağa mövzu tapdılar. Əlbəttə, bu görüşlərin kölgəsini qılınclamağa çalışan bəzi qüvvələr həmişə olub və var. Onlar dövlət və vətəndaş cəmiyyəti arasında belə  dialoq bağlantılarını əhəmiyyətsiz hesab etsələr də, həmişəki kimi yanılırlar. Görünür belələri  ya dialoqun, əməkdaşlığın formatını dərk etmirlər, ya da istənilən məsələdə qərəzli baxış ortaya qoymaqda maraqlıdırlar. Bir şeyi anlamaq istəmirlər ki, ən pis halda belə əməkdaşlıq formatının dərinləşdirilməsi  bu sektorun tərəqqisi üçün önəmlidir. Bu məsələdə dövlətin prinsipiallıq nümayiş etdirməsinin vacibliyi qədər də, vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsi şərtdir.  Məhz, Prezident İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinin artması və bununla həm də ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verilməsi də buna rəvac verir. Əsas odur ki, cəmiyyət və dövlət özlərini qarşılıqlı etimad şəraitində hiss etsinlər.  Xüsusilə milli birlik, dövlətçilik şüuru məsələlərində ortaq nöqtədə qərar tutsunlar.

Beləliklə, prosesin təhlili göstərir ki, PA rəsmisi ilə üçüncü sektor təmsilçiləri arasında silsilə təşkil edilən bu virtual görüşlər onların potensialının daha doğru qiymətləndirilməsi,  Azərbaycan dövlətinin, cəmiyyətinin inkişafındakı rolunun müəyyənləşdirilməsi, bu sektorun inkişafı üçün həllini gözləyən və əvvəlki dövrlərdən yığılıb qalan müəyyən problemlərin də aradan qalxması üçün uğurlu sayıla bilər. Əminik ki, bu kimi görüş formatlarının reallaşması və gələcəkdə də davamlı şəkil alması, dövlət və vətəndaş cəmiyyəti institutları arasında dialoq, əməkdaşlıq platformasının daha da möhkəmlənməsinə münbit şərait yaradacaq.

Anar TURAN

Araşdırmaçı-jurnalist

Paylaş:
1040

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər