1news.az

DTX Neftçalada keçirdiyi əməliyyatla bağlı məlumat yaydı

20 Fevral saat 15:16 ~ 1 dəqiqəlik oxu 394
DTX Neftçalada keçirdiyi əməliyyatla bağlı məlumat yaydı

Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətində həyata keçirdiyi əməliyyatla bağlı rəsmi məlumat yayıb.

Xidmətin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

“Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək”- deyə, məlumatda qeyd olunub.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net