Əli Əhmədov: Prezident İlham Əliyev Ermənistan dövlətinin apardığı təhlükəli siyasəti ifşa etdi | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov: Prezident İlham Əliyev Ermənistan dövlətinin apardığı təhlükəli siyasəti ifşa etdi

14:05 - 14 / 10 / 2019
Əli Əhmədov: Prezident İlham Əliyev Ermənistan dövlətinin apardığı təhlükəli siyasəti ifşa etdi

Yeni Azərbaycan Partiyasının qərargahında "Qarabağ Azərbaycandır!" mövzusunda konfrans keçirilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə,tədbirdə YAP-ın icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları, rəsmi şəxslər və partiya üzvləri iştirak ediblər.

Konfransı açıq elan edən Əli Əhmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi: "Bu çıxışı ilə Prezident İlham Əliyev Ermənistan hökumətinin və dövlətinin apardığı təhlükəli siyasəti ifşa etdi. Bütün dünya birmənalı şəkildə faşizmə və faşist ideologiyasına qarşı olduğu halda, Ermənistan hökumətinin faşist ideologiyasına əsaslanan bir siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi. Belə k,i faşist siyasəti nəticəsində dünyada 10 milyonlarla insan həlak olub. Ermənistan faşizmə əsaslanan siyasət aparmaqla əslində bütün dünyaya xəyanət etmiş olur. Prezident İlham Əliyev bunu bir daha isbat etdi”.

Ə.Əhmədov vurğulayıb ki, ölkə Prezidenti "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı səsləndirməklə Qarabağ münaqişəsi ilə əlaqədar məsələlərdə yeni bir yanaşmanı ortaya qoyub: “Qarabağ Azərbaycan üçün olum ya ölüm məsələsini ifadə edir. Prezident bu bəyanatla Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirib”.

Ə.Əhmədov əlavə edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin bu bəyanatını birmənalı şəkildə dəstəkləyir: “Lakin təəssüflər olsun ki, azsaylı müxalifət az qala Ermənistanın mövqeyini müdafiə edən yanaşma ortaya qoyur. Bu, onların milli sifətlərini tamamilə itirmələrindən xəbər verir”.

S.Xankişiyeva

 

Paylaş:
451

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər