Ərinin bıçaq zərbələrindən Dilarə Zeynalova iflic olub – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərinin bıçaq zərbələrindən Dilarə Zeynalova iflic olub – FOTO – VİDEO

11:00 - 13 / 02 / 2020
Ərinin bıçaq zərbələrindən Dilarə Zeynalova iflic olub – FOTO – VİDEO

Uşaqların və əsəbi zəif olanların video baxması tövsiyyə olunmur.

Fevralın 1-də, günün günorta çağı, Bakının Yasamal rayonunda yerləşən Hüseyn Cavid heykəlinin yaxınlığında 15 yaşlı qızının gözləri önündə keçmiş əri – 39 yaşlı Ceyhun Nizami oğlu Bəhmənov tərəfindən16 bıçaq zərbəsi almış 37 yaşlı Dilarə Faiq qızı Zeynalova ( ər soyadı Bəhmənova) iflic olub.

1news.az-la söhbət zamanı zərərçəkmişin anası Elmira Zeynalova qızının bədəninin sağ tərəfinin iflic olduğunu bildirib:

“Ceyhunun vurduğu bıçaq zərbələrindən biri beynin sağ hissəsini zədələyib ki, bunun nəticəsində Dilarədə sağ hemiparez yaranıb. Həkimlər bunu iflic olduğunu bildirir və bu, ömürlükdür. Heç bir təsəlliverici proqnoz vermirlər.

Dilarənin beynində şişkinlik yaranıb və bu, azalmır. Vəziyyəti orta-ağırdır. Sadəcə ağciyərlərində qanaxmanı dayandırmaq mümkün olub. Əgər sağ qalsa da, əlil olacaq”.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, C.Bəhmənov barəsində artıq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi, CM-nin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə tövsif edilib.

Bu maddəyə əsasən 9 ildən 12 ilədək cəza nəzərdə tutulur. Lakin Dilarənin qohumları qorxur ki, Ceyhun 22 il əvvəl cinayətdən yayındığı kimi, indi də yayınacaq.

Bakının mərkəzində ər arvadını bıçaqlayıb – FOTO – VİDEO

Çoxsaylı bıçaq zərbələri və əzablı illər: Bakının mərkəzində bıçaqlanan Dilarə Zeynalovanın acı həyat hekayəsi – FOTO – VİDEO

S.Xankişiyeva

 

 

Paylaş:
1769

Son xəbərlər

Bütün xəbərlər