Ermənilər Füzuli və Goranboyu raket atəşinə tutdu – FOTO
Ermənistan ordusunun Azərbaycana qarşı raket hücumu davam edir. Düşmən bu dəfə Füzuli və Goranboy rayonlarının kəndlərini hədəf alıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Twitter səhifəsində yazıb.
H.Hacıyev atılan raketlərin fotolarını paylaşaraq bildirib ki, onlar Füzulidə əkin sahəsinə düşüb. Düşmən Goranboya qarşı da eyni təxribatı törədib. Raketlərin atıldığı ərazilər Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Mövzu ilə əlaqədar oxuyun:
Hikmət Hacıyev: Ermənistandan Mingəçevirə ballistik raket buraxılıb – VİDEO
S.Xankişiyeva
825