Ermənistan meyitlərini götürmək istəmir, çünki xalqın qəzəbindən qorxur - Hikmət Hacıyev | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan meyitlərini götürmək istəmir, çünki xalqın qəzəbindən qorxur - Hikmət Hacıyev

21:29 - 26 / 10 / 2020
Ermənistan meyitlərini götürmək istəmir, çünki xalqın qəzəbindən qorxur - Hikmət Hacıyev

Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyidlərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana verməyə hazırdır.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabında yazıb.

“18 oktyabrda Azərbaycanın meyitləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bəyan etməyinə baxmayaraq, Ermənistan hələ də cavab vermir. Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır.

Beləliklə, bir daha aydın olur ki, Ermənistan meyitlərini götürmək istəmir, çünki mövcud, siyasi-hərbi rəhbərlik xalqın reaksiysından, qəzəbindən qorxur”.

S.Xankişiyeva

 

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər