Bakıda “EU4Climate”  adlı regional layihənin təqdimatı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “EU4Climate”  adlı regional layihənin təqdimatı olub

16:14 - 15 / 04 / 2019
Bakıda “EU4Climate”  adlı regional layihənin təqdimatı olub

Bu gün Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “EU4Climate” adlı yeni regional layihənin təqdimatı olub.

1news.az xəbər verir ki, layihə 2022-ci ilə qədər Şərq Tərəfdaşlığına üzv olan 6 ölkədə - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusda həyata keçiriləcək.

Tədbirdə Aİ-nin Azərbaycan nümayəndəliyinin müşavir-elçisi xanım Simona Gatti deyib ki, bu layihə Aİ-nin iqlim dəyişikliklərinə qarşı birgə tədbirlər görmək üçün Azərbaycan hökuməti ilə strateji tərəfdaşlığını nümayiş etdirir.

Bu layihə Azərbaycanda Paris iqlim sazişinin həyata keçirilməsini, həmçinin Aİ standartları və beynəlxalq stsndartlara uyğun olaraq iqlim siyasətini və qanunvericiliyin təkmilləşdirilməsini təsdiqləyəcək. Ən əsası EU4Climate layihəsi hər bir tərəfdaş ölkədə kənd təsərrüfatı, tikinti və enerji sahələri daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində Paris sazişinin yerinə yetirilməsi üçün konkret sənaye sahələri üzrə rəhbər müddəaları müəyyən edəcək.

Qeyd edilib ki, Aİ ümumilikdə layihənin icrasına 8.8 milyon avro məbləğində vəsait ayırır. Azərbaycanda iqlim dəyişuklikləri ilə bağlı siyasətin və təcrübələrin həyata keçirilməsinə Aİ 830 min avroya yaxın vəsait ayıracaq.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti isə deyib ki, BMT İP artıq neçə illərdir ki, ekoloji dayanaqlığı qorumaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə uğurla tərəfdaşlıq edir və iqlim dəyişikliyi bu əməkdaşlığın ən prioritet sahələrinfən biridir: "Biz, iqlim dəyişikliyinin təsirinin azaldılması və ona uyğunlaşmaq məqdədilə daha güclü siyadətin və təcrübələrin işlənib hazırlanmasında hökumətə dəstəyimizi davam etdirəcəyik".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib ki, Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas, inkişaf etməkdə olan ölkədir. O bildirib ki, istilik effekti yaradan qazların milli tullantıları qlobal tullantıların yalnız 0.1%-ni təşkil edir:

"Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istixana effektli qaz tullantılarının səviyyəsində 35% azalmanın saxlanılmasını hədəf kimi götürüb. Bu öhdəliyi yerinə yetirmək üçün ətraf mühitə dost texnologiyalar tətbiq etməklə infrastruktur layihələri həyata keçirilir, tükənməyən enerji mənbələrindən istifadə, enerji səmərəliliyinin artırılması və digər istiqamətlərdə tədbirlər görülür".

Nazir müavini qeyd edib ki, energetika sahəsində son illərdə həyata keçirilmiş tədbirlərin sayəsində bu sektor üzrə əvvəlki illərlə müqayisədə havaya atılan tullantılar 2 dəfə azaldılıb:

"İstilik elektrik stansiyalarinda soba mazutu təbii qazla əvəz edilib, bu sektorda daha müasir texnologiyaların tətbiqi karbon qazı tullantılarının azaldılmasına öz töhfəsini verib. Eyni zamanda, bütün ölkə ərazisində kömürdən istifadə tamamilə dayandırılıb.

Son illər ərzində qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının ətrafında yaşıllıqların salınması, bərpası, becərilməsi istiqamətində müvafiq işlər görülüb,yeni geniş həcmli aqro-meşə massivləri salınıb. Bu da öz növbəsində milli iqtisadiyyatın şaxələndirilməsinə və karbon qazı tullantılarının azaldılmasına yardım edəcək".

Təqdimatda vurğulanıb ki, layihənin icrası ŞT-nın altı ölkəsində Dayanaqlı İnkişaf üzrə 2030-cu il gündəliyinə və onu müşayət edən 17 dayanaqlı inkişaf məqsədlərinə nail olmağı surətləndirməyə kömək edəcək.

1news.az

Paylaş:
799

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər