#Evdəqal kampaniyası çərçivəsində əhaliyə pulsuz tibbi maskalar paylanılır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

#Evdəqal kampaniyası çərçivəsində əhaliyə pulsuz tibbi maskalar paylanılır – FOTO

20:45 - 06 / 04 / 2020
#Evdəqal kampaniyası çərçivəsində əhaliyə pulsuz tibbi maskalar paylanılır – FOTO

Koronavirus (COVID-19) pandemiyasının sürətlə yayılmasını nəzərə alaraq infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi, sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Evdə qal!” kampaniyası çərçivəsində fəaliyyətini davam etdirir.

AZƏRTAC xəbər verir ki, əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşəbbüsü ilə əhalinin tibbi maskalarla təmin edilməsi məqsədilə mərkəzlərin könüllüləri və ictimai əsaslarla komitə əməkdaşları tərəfindən tibbi maskalar hazırlanıb.

Tikilən 1000-ə yaxın maska sterilizə edilərək bir qismi bu günlərdə Zaqatala, Goranboy və Şüvəlanda ehtiyacı olan ailələr arasında, eləcə də apteklərə təmənnasız paylanılıb. Tibbi maskaların qalan hissəsinin növbəti günlərdə digər bölgələrdə də vətəndaşların istifadəsinə təqdim edilməsi nəzərdə tutulur.

Eyni zamanda, “Evdə qal!” aksiyası çərçivəsində Göygöl, Zaqatala, İsmayıllı, Qəbələ, Sabirabad və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqları onlayn və zəng vasitəsilə 67-i uşaq, 24-ü isə ahıl olmaqla 193 nəfərə psixoloji yardım göstərib. Peşəkar mütəxəssislər tərəfindən konsultasiya edilən müraciətlər əsasən emosional gərginlik, tənhalıqdan qorxma, panik atak keçirmə, uşaqların davranış pozuntuları, adaptasiyası və s. məsələlərlə bağlı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz bir yerdə güclüyük!” çağırışına cavab olaraq başladılan sosial aksiya davam etdiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər kəsi karantin şərtlərinə və gigiyenik qaydalara riayət etməklə evdə qalmağa, tibbi maska və spirtlərdən istifadə etməyə, əlləri müntəzəm şəkildə sabunla yumağa dəvət edərək bu infeksiyaya birlikdə qalib gəlməyə çağırır.

S.Xankişiyeva

Paylaş:
759

Son xəbərlər

“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28
Bütün xəbərlər