1news.az

Faktiki HAVA: Bəzi çaylardan sel keçib

3 Avqust saat 10:47 ~ 1 dəqiqəlik oxu 2210
Faktiki HAVA: Bəzi çaylardan sel keçib

Avqustun 3-ü səhərədək olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 36 mm, Şəki, Sarıbaşda (Qax) 33 mm, Kişçayda (Şəki) 32 mm, Tərtər, Qəbələdə 24 mm, Oğuzda 23 mm, İsmayıllıda 20 mm, Mingəçevirdə 19 mm, Şahdağda 18 mm, Ağdamda 14 mm, Balakəndə 10 mm, Göyçay, Qusarda 12 mm, Daşkəsən, Gədəbəy, Lerikdə 7 mm, Qrız, Tovuzda 6 mm, Quba, Naftalanda 5 mm, Şahbuz, Mərəzə, Bərdə, Astarada 4 mm, Ağdərə, Göygöl, Gəncə, Xaltan, Zərdabda 3 mm, Ağstafa, Altıağac, Şamaxı, Ceyrançöl, Lənkəran, Kürdəmir, Beyləqanda 2 mm, Sumqayıt, Bakı, Naxçıvan, Sədərək, Şəmkir, Sabirabad, Yardımlı, Şabranda 1 mm olub.

Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-ü saat 00:15 radələrində Kürmükçay İlisu, 02:30 radələrində isə Girdimançay Qaranohur məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Qum adasında 18 m/s , Pirallahıda 16 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, aran rayonlarında 32-37, dağlıq rayonlarda 20-22, Naxçıvan MR-da 34-39 dərəcə isti olub.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net