Fransanın TF1 kanalı cəbhədən reportaj yayımladı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fransanın TF1 kanalı cəbhədən reportaj yayımladı – VİDEO

12:04 - 23 / 10 / 2020
Fransanın TF1 kanalı cəbhədən reportaj yayımladı – VİDEO

Fransanın TF1 televiziya kanalında Dağlıq Qarabağdan cəbhə xəttindən yayımlanan eksklüziv reportajda Azərbaycandakı vəziyyət, ordumuzun şücaəti, erməni silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardıman etməsindən bəhs edilib.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, TF1 televiziya kanalının jurnalisti Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar.

Reportajda əllərində Azərbaycan və Türkiyə bayrağı olan insanların, gənclərin, uşaqların “Qarabağ, Qarabağ” deyərək, bayram əhval ruhiyyəsində olduğu əks olunub.

Jurnalist yeraltı təbii ehtiyatlarla zəngin olan ölkəmizin güclü ordusu olduğunu vurğulayıb.

Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Qadın və uşaqların yeraltı xəndəklərdə sığınacaq tapdığı diqqətə çatdırılıb.

Mülki əhalinin evlərinin, mal-qarasının məhv edildiyi göstərilib. Ölənlər və yaralananlardan danışılıb. Ermənilərin dinc əhalini fasiləsiz atəşə tutduğu bildirilib.

Jurnalist Ermənistandan birbaşa Gəncənin mərkəzində yaşayış massivinin iki raketlə bombalanmasından danışaraq, dağılmış evləri göstərib. Erməni bombardımanı nəticəsində uşaq və qadın olmaqla 15 nəfərin həlak olduğunu və 50-dən çox dinc sakinin yaralandığını vurğulayıb.

TF1 televiziya kanalında Azərbaycanla bağlı yayımlanan 3 dəqiqəlik reportaj erməni lobbisinə böyük zərbə olub. Erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər. TF1 kanalının reportajı erməni lobbisinin yaydığı məlumatların saxta olduğunu bir daha üzə çıxardıb.

1news.az

 

Paylaş:
376

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEOBu gün, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olubBu gün, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıbBu gün, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıbBu gün, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49
Bütün xəbərlər