Fuad Muradov: Diaspor sahəsində 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb | 1news.az | Xəbərlər
Siyasət

Fuad Muradov: Diaspor sahəsində 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb

12:38 - 07 / 11 / 2019
Fuad Muradov: Diaspor sahəsində 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb

Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, toplantını giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyətinə nəzər salıb, diasporla işin düzgün qurulmasının istiqamətləri və qarşıda duran yeni hədəflər barədə danışıb.

O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan diasporuna qayğısı, Dövlət Komitəsinə münasibəti öz müsbət nəticələrini verir: "Bizim işimiz, həmçinin diasporumuzun səmərəli fəaliyyəti ölkəmizin müstəqilliyinin qorunması ilə birbaşa bağlıdır. Biz bu işdə məsuliyyətimizin nə qədər böyük olduğunu bilirik və strateji hədəflərimizə çatmaq yolunda var gücümüzlə çalışırıq".

Diqqətə çatdırılıb ki, qısa müddətdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaranıb, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platformalarda birləşməsi üçün mühüm addımlar atılıb. Diaspor təşkilatları və ayrı-ayrı şəxslər Azərbaycan torpaqlarının işğalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, heç bir əsası olmayan erməni iddialarının ifşası ilə əlaqədar böyük işlər görürlər. Diasporumuzla real və virtual əlaqələrin daha da möhkəmlənməsinin nəticəsidir ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on minlərlə soydaşımız özünü bu xalqın və bu vətənin bir parçası kimi hiss edir.

İclasda "İnsan resursları, hüquq və sənədlər iş" və "Təbliğat, informasiya, və analitik təhlil" şöbələrinin fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Bildirilib ki, son 2 il ərzində 8 normativ-hüquqi sənəd layihəsi hazırlanıb, sənədlərin elektron bazası formalaşdırılıb, informasiya və təbliğat işinin təşkili istiqamətində Media, İKT Mərkəzi formalaşdırılıb, rəsmi internet saytı üç dildə fəaliyyət göstərir və 98 ölkədən izlənir. Mərkəzə daxil olan infoqrafik xəritədə 49 ölkədə fəaliyyət göstərən 500-dən çox diaspor təşkilatı haqqında informasiya toplanıb, son dövrlər elektron müraciətlərin sayı artıb və operativ şəkildə cavablandırılır. Məruzələrdə sənəd dövriyyəsi, Diaspor TV və Diaspor FM-in fəaliyyəti, sosial şəbəkələrdə işin qurulması, Komitədə yaradılan informasiya bazası və ondan istifadə və s. məsələlər konkret rəqəmlərlə diqqətə çatdırılıb.

Dövlət Komitəsinin həyata keçirdiyi irihəcmli layihələr, informasiya və təbliğat sahəsində görülən işlər, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müəyyən olunan Strateji Yol xəritəsinin həyata keçirilməsində kollektivin məsuliyyəti, hər bir şəxsin peşəkar vərdişlərinin daha da təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub, statistik göstəricilər təhlil edilib, geniş fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

Paylaş:
776

Son xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53
Bütün xəbərlər