Globtel Solutions şirkətinin online rejimdə təklif etdiyi GPS monitorinqi və telematik (IoT) xidmətlərinin üstünlükləri – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Globtel Solutions şirkətinin online rejimdə təklif etdiyi GPS monitorinqi və telematik (IoT) xidmətlərinin üstünlükləri – FOTO

09:30 - 04 / 06 / 2020
Globtel Solutions şirkətinin online rejimdə təklif etdiyi GPS monitorinqi və telematik (IoT) xidmətlərinin üstünlükləri – FOTO

Dünyanı cənginə almış koronavirus pandemiyası demək olar ki, bütün fəaliyyət sahələrini offline rejimdən online-a keçirərək, birbaşa əlaqələri minimuma endirdi. Bu da hazırki vaxtda COVID-19 virusuna yoluxma ehtimalını azaldaraq adi həyat tərzimizi kökündən dəyişdirdi.

Mövcud vəziyyət bügünkü dövrdə online texnologiyaların daha böyük əhəmiyyətliliyini və lazımlılığını göstərdi. Və müasir tarixin hazırkı mərhələsini – mübaliğəsiz olaraq online texnologiyalar dövrü adlandırmaq olar ki, bu da öz növbəsində ölkənin aparıcı IoT (Internet of Things – Əşyaların İnterneti) provayderi Globtel Solutions tərəfindən təklif olunan xidmətinin əsasını təşkil edir. Şirkətin fəaliyyəti barədə daha ətraflı aşağıdakı materialda geniş təsvir edilib.

Globtel Solutions şirkəti hər birimizin illərdir bildiyi və lazım olduqda hər gün istifadəsinə vərdiş etdiyimiz GPS (Global Positioning System) monitorinqə baxışı dəyişdi. Biznesin bu sahəsinə peşəkar yanaşması və yüksək ixtisaslı kadrları ilə Globtel Solution şirkəti GPS provayderindən telematika (uzaqdan ölçmə prosesi) sahəsində hərtərəfli GPS həlləri təklif edən Azərbaycanın aparıcı IoT provayderinə çevrildi.

GPS sistemi məsafənin, vaxtın, yanacaq sərfiyyatının ölçülməsini təmin edir və peyk sistemi sayəsində bu və ya digər obyektin yerini və sürətini təyin edir. Bu sistem haqqında danışarkən qeyd etmək lazımdır ki, GPS monitorinq – nəqliyyat vasitələrinin, habelə digər obyektlərin: insanlar, avadanlıqlar, yüklərin yerinə və vəziyyətinə nəzarət etmək üçün universal və rahat proqram təminatı kompleksidir. Onun əsas vəzifəsi – yükdaşıma və ümumiyyətlə nəqliyyatla əlaqəli işi optimallaşdırmaqdır.

Globtel Solutions şirkəti tərəfindən təqdim onlunan GPS monitorinq, IoT xidmətlər, habelə avtopark idarəetmə sistemlərinin (Fleet Management Services – FMS) tətbiqinə müasir yanaşma hər bir müştəriyə tam online xidmət prinsipidir.

Xüsusilə qeyd edək ki, Globtel Solutions şirkəti tərəfindən – alqı-satqı prosesindən tutmuş, quraşdırma ilə bağlı müqavilənin bağlanması və ödənişə qədər GPS monitirq xidmətlərin tam spektri tamamilə online rejimdə həyata keçirilir.

Bu, yalnız dəyərli vaxtınıza qənaət etməklə yanaşı, pandemiyada çox vacib amil hesab edilən – evdən çıxmamaq və insanlarla təmas etməmək qaydalarına tam uyğundur.

Azərbaycanda və Gürcüstanda GPS monitorinqi (sadə, kompleks və peşəkar), IoT xidmətləri və telematika sahəsində bir sıra yeni texnoloji həllər yuxarıda adı çəkilən Globtel Solutions şirkəti tərəfindən təmin edilir.

2010-cu ildə yarandığı gündən etibarən Globtel Solutions şirkətinin ciddi şəkildə həyata keçirdiyi əsas missiyası – müasir, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, potensial müştərilərin fəaliyyəti üçün əlverişli şərait yaratmaqdır. Və şirkətin əsas vəzifəsi – müvafiq qabaqcıl texnoloji həllər və xidmətlər vasitəsilə ən qısa zamanda müştəri tələblərini təmin etməkdir.

Globtel Solutions tərəfindən təqdim olunan GPS monitorinq və Arvento GPS nəqliyyat idarəetmə sistemlərinin əsas üstünlüyü online rejimdə aşağıdakı izləmə imkanlarını verməsidir:

- avtomobilin dəqiq yerinin müəyyənləşdirilməsi

- hazırkı anda sürətin müəyyən edilməsi

- parklanma rejimində sərf olunan vaxt

- kilometrajın hesablanması, yanacaq sərfiyyatı, yağ səviyyəsi və mühərrik yüklənməsinin hesablanması və s.

- Nəqliyyatın təkərlərində olan təzyiqin online ölçülməsi

Avtomobilinizlə əlaqəli bütün məlumatları Globtel Solutions şirkətinin GPS monitorinq proqramından istifadə edərək, avtomobilləriniz üzərində online olaraq telefonunuzdan və ya kompüterinizdən tam idarəetməni əldə edirsiniz. Bu da yaranan hər hansı bir problemi asanlıqla həll etməyə və avtomobillə əlaqəli hər hansı bir suala cavab verməyə kömək edəcək.

Xüsilə qeyd edək ki, GPS monitorinqindən istifadə edərək nəqliyyat vasitələrini 24/7 izləyə bilərsiniz. GPS monitorinqindən istifadənin digər üstünlüyü – vaxt və xərclərə qənaət etməkdir ki, bu da öz növbəsində təhlükəsizliyin səviyyəsini artıracaq və işçi heyətinin nizam-intizamını yaxşılaşdıracaqdır.

Telematika və IoT xidmətlərinə gəldikdə, Globtel Solutions tərəfindən təqdim olunan telematik xidmətlər aşağıdakılardır:

- Dondurulmuş və şirniyyat məhsullarının (soyuq zəncir) temperatur rejiminə istehsaldan başlayaraq satış dondurucularına qədər olan bütün yol boyu tam nəzarət.

- Müəyyən bir sürücünün və sürücü qrupunun unikal bir metod əsasında diskret-faktorial təhlili və sürmə etikasının hesablanması.

- İstənilən nəqliyyat vasitəsi üçün yanacaq sərfiyyatının hesablanmasının müxtəlif üsulları.

- Sürücünün müxtəlif nəqliyyat vasitələrinə girişinin uzaqdan idarə edilməsi.

- Süni intellekt əsasında durma/dayanmaya nəzarət sistemi

- Banklar üçün prediktiv ssenari əsasında inkassatorlar üçün hazır həllər

- Təkrarlanan məlumatlar əsasında sürət, məsafə, yanacaq sərfiyyatı, soyuduculardakı temperatur, yerləşmə və nəqliyyat vasitələrinin bütün digər texniki parametrlərinin online izlənməsi.

- Nəqliyyat şirkətləri və xaricə şəxsi avtomobili ilə səyahət etmək istəyənlər üçün Globtel-GPS bütün dünya üzrə həmin nəqliyyat vasitələrini izləmək üçün xidmət təqdim edir. Bu xidmətdən istifadə edərək telefonunuzdan bütün dünya üzrə avtomobilin bütün xüsusiyyətlərini izləyə və idarə edə bilərsiniz.

Lakin Globtel Solutions şirkətinin fəaliyyəti bununla bitmir –  onun peşəkar fəaliyyət sahələrindən biri Thuraya mobil peyk şəbəkəsi xidmətlərinin göstərilməsidir ki, bu da GSM rabitəsi və bütün yerüstü telefon xidmətləri olmayan yerlərdə yüksək keyfiyyətli telefon rabitəsi əldə etməyə imkan verir. Bu peyk rabitəsi, mümkün yüklənmələr və rabitə xətalarından tam qorunur, əhatə dairəsi dünyanın əksər hissəsini – Asiya, Afrika, Avstraliya, Yaxın Şərq və Avropanı əhatə edir.

Gördüyünüz kimi, şirkət Azərbaycan bazarında bir sıra yenilikçi servis və xidmətləri uğurla təqdim edərək zamanla ayaqlaşır. Bu həqiqəti mükəmməl dərk edən Globtel Solutions bundan sonra da müasir innovativ zamanın nəbzini tutmaqda davam edəcək.

Globtel Solutions şirkətinin Azərbaycanda yerləşən ofisi Bakı şəhəri, Qurban Xəlilov küç.3, (2-ci mərtəbə) - satış şöbəsi ilə əlaqə nömrələri (+994 12) 437 30 71, (+994 50) 259 56 56 və [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Şirkətin fəaliyyəti haqqında daha çox məlumatı rəsmi saytına, həmçinin sosial şəbəkələrə daxil olaraq əldə edə bilərsiniz:

- Instagram - https://www.instagram.com/globtel_gps/

- Facebook - https://www.facebook.com/GlobtelSolutions

- Linkedin - https://www.linkedin.com/in/globtelsolutions-georgia-06267a6a/

- Twitter - https://twitter.com/GLOBTEL_GEORGIA

- YouTube -https://www.youtube.com/user/GlobtelSolutionsGeo

Reklam hüququnda

 

 

Paylaş:
853

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər