1news.az

I Gənc Sahibkarlar Forumu keçirilib  – FOTO

10 Dekabr saat 14:00 ~ 2 dəqiqəlik oxu 126
I Gənc Sahibkarlar Forumu keçirilib  – FOTO

Dekabrın 10-da Bakı Konqres Mərkəzində I Gənc Sahibkarlar Forumu keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Gənclər Fondunun və KOBİA yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə dövlət qurumlarının, gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmçinin bu sahəyə maraq göstərən gənclər, ümumilikdə 300-dən çox iştirakçı iştirak edib. 

Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların bu sahədə fikir və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunmuş forumda gənclərin sahibkarlıq fəaliyyətinə marağı, biznes fəaliyyətinə başlanmasına dair məsələlər, gənclərin yaradıcı təşəbbüslərinin və layihələrinin reallaşdırılması müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gənclər arasında  sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edərək bu sahədə dövlət dəstək mexanizmlərinin gənclər arasında təşviqinə, məşğulluq prosesinə gənclərin aktiv cəlb olunmasına, infrastruktur resurlardan səmərəli istifadəyə, gənclər üçün maliyyə resurslarına əlçatanlığın artırılmasına dair təkliflər səsləndirib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə həyata keçirilən gənclər siyasəti, bu sahədə görülən tədbirlər, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlər, "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin İdarə Heyətinin sədri Xaliq İldırımzadə təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat veriblər.

Tədbir çərçivəsində KOBİA ilə Azərbaycan Gənclər Fondu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov imzalayıblar.

Həmçinin forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin İdarə Heyətinin sədri Xaliq İldırımzadə tərəfindən əməkdaşlığa dair memorandum imzalanıb.

Forum çərçivəsində gənc sahibkarlar biznesin qurulmasına dair öz təcrübələrini bölüşüb, geniş müzakirələr aparılıb, gənc sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net