IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla! | 1news.az | Xəbərlər
İqtisadiyyat

IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!

12:15 - 07 / 07 / 2020
IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!

Müştərilərin öz nağdsız ödənişlərindən qazanması üçün müxtəlif imkanlar yaradan Azərbaycan Beynəlxalq Bankı bu sahədə daha bir yeniliyini təqdim edib. Bank IBA Miles kartlarını müştərilərin istifadəsinə verib.

Bu, xüsusilə səyahətsevərlər üçün çox faydalı bir kartdır. Hazırda COVID-19 pandemiyası səbəbindən səyahətlərdə məhdudiyyətlər olsa da, müştərilər IBA Miles kartlarını əldə edərək ödənişlərini onunla aparıb indidən millər toplaya, məhdudiyyətlər götürüləndə isə pulsuz səyahət imkanlarından geniş istifadə edə bilərlər. Bir sözlə, pulsuz səyahət əldə etmək üçün məhdudiyyətlərin götürülməsini gözləməyə gərək yoxdur. IBA Miles kartları ilə indidən mümkün qədər çox mil toplamaq lazımdır ki, məhdudiyyətlər ortadan qalxanda səyahətlər pulsuz başa gəlsin.  IBA Miles kartları müştəriyə hər ödənişdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə,yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər.

Azərbaycan  Beynəlxalq Bankı bu layihəni tərəfdaşı olan MasterCard beynəlxalq ödəniş sistemi ilə birgə həyata keçirir. IBA Miles kartlarının iki növü var: IBA Miles Mastercard World və IBA Miles Mastercard Black Edition. Hər müştəri özünə uyğun kartı seçə bilər.

IBA Miles  kartı ilə millərin hesablanması qaydası isə belədir: IBA Miles MasterCard World kartı ilə hər 1 manat dəyərində ödənişə görə müştəri ölkə daxilində 1.2, ölkə xaricində 1.6 mil toplayır. IBA Miles MasterCard Black Edition kartı isə hər 1 manat dəyərində ödəniş üzrə müştəriyə ölkə daxilində 1.5 mil, ölkə xaricində 1.8 mil qazandırır. IBA Miles kartının ən böyük üstünlüklərindən biri də budur ki, müştərinin ödəniş dövriyyəsi ilk dəfə 1000 manatı keçdikdə ona avtomatik olaraq 500, ilk 2000 manatı keçdikdə isə 1000 mil birdəfəlik hədiyyə edilir. Millərdən 2 il müddətinə istifadə etmək olar.

Kartdan istifadə müddəti 3 ildir. Kartı həm manat, həm dollar, həm də avro hesabında açdırmaq olar. Üstəlik, Azərbaycan Beynəlxalq Bankının ATM-lərində IBA Miles kartları ilə nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.

“QayğıCash proqramı” çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş kəşbək faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir. IBA Miles kartlarını buradan sifariş vermək olar.

Qeyd edək ki, Bank ilk dəfə olaraq öz yeni məhsulunun təqdimatını sosial şəbəkələr üzərindən onlayn formatda edib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

 

 

Paylaş:
1080

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər