İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO – YENİLƏNİB

16:34 - 18 / 11 / 2019
İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Feysal bin Abdullah Həməd Abdullah Al HİNZAB etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək dedi:

-Cənab Prezident, böyük şərəf hissi ilə qardaş və dost Azərbaycan Respublikasına səfir təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim edirəm. Sizin baxışınıza ən uyğun şəkildə ikitərəfli münasibətlərimizin inkişafı üçün əlimdən gələni edəcəyəm. Çox sağ olun.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham ƏLİYEV dedi:

-Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı davam edəcəkdir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Hər iki tərəf bu münasibətləri qardaş ölkələr arasında münasibətlər kimi dəyərləndirir. Bu, həqiqətdir. Əminəm ki, siyasi, iqtisadi və müxtəlif sahələrdə biz çoxlu tərəqqi müşahidə edəcəyik. Ölkələrimiz beynəlxalq arenada fəal əməkdaşlıq edir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər olmuşdur. Bizim hökumətlərarası fəaliyyətimiz var. Nazirlər səviyyəsində qarşılıqlı səfərlər var. Ona görə əminəm ki, tərəfdaşlığımızın ənənəvi sahələrinə əsas diqqəti yetirmək və yeni sahələri aşkar etmək üçün gələcəkdə çoxlu imkanlar olacaq.

Hesab edirəm ki, ticarət dövriyyəsi ilə bağlı olan məsələyə xüsusi diqqət yetirməliyik. Hesab edirəm ki, ticarət dövriyyəsini hər iki istiqamətdə artırmaq üçün potensial var. Çünki indi bizim bir-birimizə təqdim edə biləcəyimiz daha çox şey var. Şadam ki, ölkənizdən gələn turistlərin sayı artmaqdadır və bu da bizim əməkdaşlığımızın yaxşı əlamətidir. Bildiyiniz kimi, sizin vətəndaşlar üçün heç bir viza tələbi yoxdur və əminəm ki, hər iki istiqamətdə biz turistlərin sayının artdığını görəcəyik.

Həmçinin potensial əməkdaşlıq sahələrindən biri də investisiyalardır. Bilirəm ki, sizin ölkəniz xaricə sərmayə yatırır, Azərbaycan da xaricə sərmayə yatırır, biz birgə investisiya layihələri üçün sahələri tapa bilərik. Odur ki, diqqətimizi cəmləşdirmək üçün çoxlu sahələr olacaq. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı siz çox məşğul olacaqsınız və əlaqələrimizin gücləndirilməsi üçün bütün vaxtınızı sərf edəcəksiniz.

X X X

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al HİNZAB dedi:

-Təşəkkür edirəm Zati-aliləri. Cənab Prezident, burada olmaqdan, Sizinlə görüşməkdən, Sizə etimadnaməmi təqdim etməkdən şərəf hissi duyuram. Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taninin Sizə salamlarını, xalqınıza daha böyük nailiyyətlər, rifah və tərəqqi arzularını çatdırıram. Buraya gəldikdən sonra biz hərtərəfli inkişafın şahidi olmuşuq və mən bunu görüşdüyüm hər kəsə söyləyirəm. Biz ilk baxışdan ölkənizə aşiq olmuşuq. Qoşulmama Hərəkatının Sammitində iştirak etmək, dini liderlərin Sammitini isə izləmək fürsəti mənə nəsib olmuşdur. Zati-aliləri, bu iki sammitin uğurlu keçirilməsi münasibətilə Sizi, hökumətinizi və xalqınızı təbrik edirik. Bu, bizdə belə bir təəssürat yaradır ki, Azərbaycan dünya xəritəsində öz çəkisinə malik olan ölkələrdəndir, düzgün istiqamətdədir və müxtəlif tədbirlərin keçirilməsi üçün ev sahibi kimi çıxış edir. Bu da Azərbaycan üçün siyasi vasitədir. Əlbəttə ki, bizim çox mükəmməl münasibətlərimiz var. Mənə şəxsən bu münasibətlərin bütün istiqamətlərdə inkişafı üçün gərgin çalışmaq təlimatı verilmişdir.

X X X

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.

12.59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

S.Xankişiyeva

         

                                                                                                                                

 

Paylaş:
690

Son xəbərlər

ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03
Bütün xəbərlər