İndoneziya parlamenti bir daha Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasını tələb edir | 1news.az | Xəbərlər
Siyasət

İndoneziya parlamenti bir daha Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasını tələb edir

14:55 - 25 / 10 / 2020
İndoneziya parlamenti bir daha Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasını tələb edir

İndoneziya parlamentinin nümayəndələr palatasının parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılı bəyanatla çıxış edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, İndoneziya parlamentinin rəsmi internet səhifəsində yerləşdirilmiş bəyanatda F.Zon Azərbaycanın Dağlıq Qarabağ bölgəsində münaqişənin yenidən alovlanmasının narahatlıq doğurduğunu və çox sayda insanın həlak olması faktını nəzərə alaraq, hər iki ölkəni atəşkəs razılaşmasına sadiq qalmağa çağırıb.

F.Zon iki tərəf arasında müvafiq olaraq oktyabrın 10-da və 18-də əldə olunmuş humanitar atəşkəsə toxunaraq razılaşmadan bir neçə saat sonra Ermənistanın Azərbaycanın Gəncə şəhərinə atəş açması nəticəsində 13 mülki şəxsin həlak olması, 50 nəfərin isə yaralanması ilə bağlı təəssüf hissi keçirdiyini əlavə edib. Atəşkəs razılaşmasının pozulmasının iki ölkə arasındakı münaqişənin gələcək həllini təhdid etdiyini bildirən F.Zon münaqişənin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan dialoq çərçivəsində həllinə çağırıb. Komitə sədri beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-ni atəşkəsin əldə edilməsində fəal olmağa dəvət edib və BMT-nin bununla bağlı kifayət qədər iş görə bilmədiyini təəssüflə qeyd edib.

Eyni zamanda, F.Zon BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrinin və BMT Baş Assambleyasının A/RES/62/243 saylı qətnaməsinin təcili yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O bildirib: “BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri açıq şəkildə erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir”. Bununla yanaşı, komitə sədri ATƏT-in münaqişənin həlli istiqamətində vasitəçiliyinin əhəmiyyətinə toxunaraq Minsk qrupu çərçivəsində məhsuldar dialoqun yenidən başlamasının vacibliyini qeyd edib.

F.Zon bir daha münaqişənin beynəlxalq hüququn normalarına, xüsusilə hər bir dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə uyğun olaraq həll edilməli olduğunu deyib: “Azərbaycan da daxil olmaqla, hər hansı dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz qəbuledilməz və əsassızdır”.

Xatırladaq ki, bu, İndoneziya parlamentinin nümayəndələr palatasının parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon tərəfindən sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı təxribatları ilə bağlı verilmiş sayca ikinci bəyanatdır.

1news.az

Paylaş:
364

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər