1news.az

İspaniya La Liqasının bərpa tarixi açıqlanıb

11 May saat 20:01 ~ 1 dəqiqəlik oxu 4880
İspaniya La Liqasının bərpa tarixi açıqlanıb

Futbol üzrə İspaniya çempionatının bərpa tarixi məlum olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, La Liqanın uzun fasilədən sonra birinci turu iyunun 12-də keçiriləcək. İspaniya Futbol Federasiyasının rəhbərliyi bu barədə bütün klublara məlumat verib. Mənbənin bildirdiyinə görə, ölkədə fövqəladə vəziyyət yaranarsa, çempionatın yenidən uzadılması ehtimalı var.

Qeyd edək ki, martın 8-də dayandırılan çempionatın başa çatmasına 11 tur qalıb. Hazırda turnir cədvəlinə 58 xalla “Barselona” klubu başçılıq edir. Aktivində 56 xalı olan “Real Madrid” isə ikinci pillədə qərarlaşıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net