İsveçrənin geniş tərkibli nümayəndə heyəti Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

İsveçrənin geniş tərkibli nümayəndə heyəti Azərbaycana səfər edəcək

09:11 - 18 / 10 / 2019
İsveçrənin geniş tərkibli nümayəndə heyəti Azərbaycana səfər edəcək

Əsasən fransızdilli kantonlardan ibarət Qərbi İsveçrənin aparıcı şirkətlərinin rəhbərlərindən ibarət geniş tərkibli heyət Azərbaycana səfər edəcək.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, oktyabr ayının 20-dən 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, eləcə də Azərbaycan şirkətlərinin nümayəndələri ilə işgüzar danışıqlar aparacaq.

Nümayəndə heyətinin tərkibinə İsveçrənin enerji, infrastruktur , bank və səhiyyə sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərləri daxildir. Səfər Azərbaycan və Isveçrə sahibkarları arasında yeni ticarət və işgüzar əlaqələrin qurulması məqsədi daşıyır. Səfər çərçivəsində həmçinin ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji və infrastruktur layihələrində İsveçrə şirkətlərinin iştirakının dəstəklənməsi imkanlarının müzakirəsi planlaşdırılır.

Məlum olduğu kimi, Cenevrənin də daxil olduğu Qərbi İsveçrə regionu neft başda olmaqla bir sıra enerji məhsulları və xammalın marketinqində mühüm rol oynayır.

S.Xankişiyeva

 

 

Paylaş:
491

Son xəbərlər

“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18
Bütün xəbərlər