Kamaləddin Qafarov: İxracyönümlü müəssisələrin xüsusi çəkisinin artırılması iqtisadiyyatımızın strateji hədəfidir | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: İxracyönümlü müəssisələrin xüsusi çəkisinin artırılması iqtisadiyyatımızın strateji hədəfidir

15:09 - 16 / 09 / 2020
Kamaləddin Qafarov: İxracyönümlü müəssisələrin xüsusi çəkisinin artırılması iqtisadiyyatımızın strateji hədəfidir

“Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində olan Peşə Təhsil Mərkəzinin açılışı zamanı söylədiyi fikirlər, müasir  iqtisadiyyatda yeni tendensiyaların formalaşdırılması və inkişaf etdirilməsi sahəsində uzaqgörən strateji konsepsiya kimi dəyərləndirilməlidir.

Bildiyimiz kimi, ilk dəfə olaraq ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar, peşə vərdişləri aşılanır və son nəticədə təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın yüksək ixtisaslı işçilərindən olur”.

1news.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov demişdir.

O, bildirmişdir ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatlığı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunmuşdur.

 “Sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən biridir. Bu siyasətin əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə, qeyd etdiyimiz kimi,  2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil etmişdir”.

K.Qafarov vurğulamışdır ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Şəhərin iqtisadi potensialı daha da güclənir, daxili tələbatın, imkan olduqca yerli məhsullar hesabına təmin edilməsi planlaşdırılır. Bu prosesdə  Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. Prezidentimizin çox haqlı olaraq qeyd etdiyi kimi, indi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir.

Millət vəkili qeyd etmişdir ki, açılış zamanı Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev xüsusi olaraq nəzərə çarpdırmışdır ki, tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün ölkəyə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır.

K.Qafarov demişdir ki, ölkə Prezidentə açılış zamanı çox haqlı olaraq xaricdə yaşayan azərbaycanlı iş adamlarının gəlib Azərbaycana vəsait qoymasının vaxtı çatdığını birmənalı şəkildə bildirmişdir.

“Dövlət başçısı xatırlatmışdır ki,  Azərbaycan onların Vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz Vətənə vəsait qoymalıdırlar, öz Vətənləri ilə daim əlaqə saxlamalı, onun tərəqqisi üçün əllərindən gələni əsirgəməməlidirlər.

Biz yalnız əl-ələ verərək birləşmək, Azərbaycanın daxili iqtisadi problemlərinin həllində yekdillik, həmrəylik göstərməklə  ölkəmiz qarşısında dayanan bütün problemləri aradan qaldırar və monolit, daim yenliliyə doğru addımlayan Azərbaycan yarada bilərik”.

1news.az

Paylaş:
983

Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57
Bütün xəbərlər