Leyla Abdullayeva: Nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil | 1news.az | Xəbərlər
Siyasət

Leyla Abdullayeva: Nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil

11:15 - 05 / 06 / 2020
Leyla Abdullayeva: Nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən səsləndirilən anti-erməni bəyanatları barədə şərh verərək, bunun Ermənistan və bölgə üçün təhlükəli olduğunu iddia edib.

Bunu 1news.az-a şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi bəyanatları və nümayiş etdirdiyi davranışları xüsusi şərhə ehtiyac duyur. Təcavüzkar ölkənin rəhbərliyinin Ermənistanın başlatdığı müharibənin nəticələrini aradan qaldırmaq yerinə, onun nəticələrinin, yəni Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalının möhkəmləndirilməsi və yüz minlərlə məcburi köçkünün hüquqularının pozulmasının davam etdirilməsinə yönələn cəhdləri, bu ölkənin başında duranların öz məsuliyyətini tam dərk etməməsi ilə yanaşı, elə öz ölkəsinin və əhalisinin gələcəyinə biganə qaldığını göstərir.

Minlərlə dinc insanın axıdılan qanı, məhv edilmiş həyatı, yüz minlərlə insanın pozulmuş haqqları, eləcə də beynəlxalq öhdəliklərin kobudcasına tapdalanmasına görə cavabdeh olan, beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinin işğalını rədd edən birmənalı mövqeyi, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları ilə məsuliyyəti təsbit olunan Ermənistanın nə hüquqdan, nə qanundan, nə də demokratiyadan danışmağa, üstəlik digərlərinə məruzə oxumağa heç bir mənəvi haqqı yoxdur.

Təcrübə göstərir ki, Ermənistan tərəfi arqumentlərinin tükəndiyi və deməyə söz tapmadığı bir vaxtda Azərbaycandakı anti-erməni hissiyyatı mövzusunu gündəmə gətirməyə çalışır. Lakin bölgədəki iki xalq arasındakı bu nifaqın kökündə elə Ermənistanın əsassız ərazi iddiaları və təcavüzkar siyasəti dayandığını görməzdən gələn işğalçı ölkənin rəhbərliyi, bu düşmənçiliyin və münaqişənin nəticələrinin aradan qaldırılması üçün də heç bir addım atmır, reallıqdan, praqmatizmdən və konstruktivlikdən uzaq kor siyasət yürüdür. Bu siyasətin nəticəsində isə ilk növbədə, Ermənistan ağır fəsadlarla üzləşə bilər.

Əgər Ermənistan rəhbərliyi, rəsmi İrəvanın açıqlamalarında səsləndirildiyi kimi, bölgədə sülh və təhlükəsizliyi düşünürsə o zaman işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarmalı və əhalisini sülhə hazırlamalıdır. Siyasi iradəsini isə danışıqlar masası arxasında əldə olunan konkret nəticələrlə nümayiş etdirməlidir. Çünki nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil".

S.Xankişiyeva

Paylaş:
1055

Son xəbərlər

Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31
Bütün xəbərlər