Leyla Abdullayeva: “Təcavüzkar Ermənistan tərəfi layiq olduğu cavabı hər zaman Azərbaycan rəhbərliyi timsalında alıb” | 1news.az | Xəbərlər
Siyasət

Leyla Abdullayeva: “Təcavüzkar Ermənistan tərəfi layiq olduğu cavabı hər zaman Azərbaycan rəhbərliyi timsalında alıb”

11:48 - 09 / 07 / 2020
Leyla Abdullayeva: “Təcavüzkar Ermənistan tərəfi layiq olduğu cavabı hər zaman Azərbaycan rəhbərliyi timsalında alıb”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli KİV-in suallarını cavablandıraraq, nasist ideologiyasının hökm sürdüyü Ermənistanın işğalçılıq siyasəti, qonşu dövlətin beynəlxalq tanınmış ərazilərini zəbt edərək bir milyondan çox insanın fundamental hüquqlarını pozan bu ölkənin saxta demokratiyası, hazırkı hakimiyyətin qurduğu diktatura rejimini növbəti dəfə aydın şəkildə və konkret faktlarla ifşa edib.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Ermənistan XİN-i Azərbaycanı Ermənistanı “faydalı düşmən” obrazında təqdim etməkdə ittiham edir. Bununla bağlı ilk öncə qeyd olunmalıdır ki, Ermənistanın 30 ilə yaxındır ki, Azərbaycanın ərazilərini hərbi işğal altında saxlaması və bütün dünyanın qınadığı təcavüzkar siyasəti ilə özünə artıq düşmən obrazını çoxdandır ki, qazanıb. Bundan əlavə, Ermənistanın hazırkı rəhbərliyinin həm ölkə daxili iflasa uğrayan siyasəti, həm də hərbi işğalı davam etdirən xarici siyasəti onun elə öz xalqının bu günü və gələcəyinə qarşı düşmən mövqeyindən çıxış etdiyini aşkarcasına nümayiş etdirir.

Azərbaycan Respublikası Prezidentinin BMT Baş Assambleyasının qlobal pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxış etməklə Ermənistanın hazırkı rəhbərliyi əsl simasını nümayiş etdirdi. Bütün dünyanın maraqlarına xidmət edən bu təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürüldüyü üçün onun əleyhinə çıxış edən Ermənistan beləliklə də “əhalilərin sülhə hazırlanması” çağırışını ciddi şübhə altına qoyur.

Azərbaycanı düşmənçilik bəyanatlarında ittiham etmək cəhdlərinə gəldikdə isə, öz qanunsuz və təxribat xarakterli əməlləri ilə vəziyyətin daha da gərginləşməsinə xidmət edən təcavüzkar Ermənistan tərəfi layiq olduğu cavabı hər zaman Azərbaycan rəhbərliyi timsalında alıb və bundan sonra da alacaqdır.

Azərbaycan və Ermənistan xalqlarının maraqlarından danışan Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki, yalnız işğalçı qüvvələrin məlum BMT TŞ qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından çıxması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması, beləliklə də bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması hər iki xalqın marağındadır”, - deyə XİN rəsmisi vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların mahiyyət üzrə aparılmasından çıxış edib və münaqişənin tezliklə həll olunması məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycanın olduğu kimi adlandırılmasında qətiyyətli mövqe nümayiş etdirmələrini tələb edib: “Bu məsələdə Azərbaycanın mövqeyi dəyişilməzdir və prinsipial xarakter daşıyır”.

Qafar Ağayev

Paylaş:
692

Son xəbərlər

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03
Bütün xəbərlər