LSS MFL 2019/20 Liqasının XIV turu: Liderlər qalib gəldi, “Xəzər” – “Avengers” oyununda 15 qol – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının XIV turu: Liderlər qalib gəldi, “Xəzər” – “Avengers” oyununda 15 qol – FOTO – VİDEO

16:00 - 13 / 12 / 2019
LSS MFL 2019/20 Liqasının XIV turu: Liderlər qalib gəldi, “Xəzər” – “Avengers” oyununda 15 qol – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 14-cü turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 14-cü turda İnfinity konferensiyasının ən qollu qarşılaşması “Lökbatan” və “Universal” komandaları arasında keçirilən görüşdə qeydə alınıb – 11 qol. Rəqibin 10 qoluna qarşılıq “Lökbatan”ın gücü yalnız təsəlli qoluna çatıb.  “Balaxanı” komandasının qapısından 7 cavabsız top keçirən “BOS Shelf” çempionluğa olan iddiasını bir daha ortaya qoyub. “Baku Eagles” – “Veteran” görüşü isə sülhlə başa çatıb.

14-cü turda Platinum konferensiyasında da liderlər rəqibləri ilə oyunda qalib gəldilər. “Xəzər” – “Avengers” oyununda azarkeşlər 15 qola şahidlik etdilər. “Binə” – “Ümid Üçtəpə” qarşılaşması isə qollu heç-heçə ilə yekunlaşdı.

Həftənin ən maraqlı qarşılaşmalarından biri Platinum konferensiyasının 14-cü turu çərçivəsində “Piramida Sayad” və “Keşlə İMSİ” komandaları arasında oldu. “Play off”a vəsiqə qazanmaq üçün yaxşı şansa sahib olan komandalar yerlərini sığortalamaq üçün vacib 3 xal uğrunda mübarizə apardılar. Rəqibinə 6:3 hesabı ilə qalib gələn “Piramida Sayad” istəyinə nail olan tərəf oldu.

14-ci turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

 

Bu mövsüm hər kəs MFL-də əvvəlki mövsümlərlə müqayisədə çox fərqli bir “Gənclik İK” komandası görür. Komandanın həm heyətində, həm də oyununda nə kimi dəyişikliklərin olduğunu isə kapitan Bəkir Cəbiyev cavanlandırdı.

Mövsümün diqqət çəkən komandalarından biri də “Darul Hikmət” Elm və Tədris Mərkəzini təmsil edən eyni adlı komandadır. Komandanın kapitanı Ramazan Rzayevlə müsahibəni təqdim edirik:

 

5 maraqlı fakt

Bu həftə keçirilən 14-cü turla bağlı ən maraqlı 5 faktı təqdim edirik:

1. Turun ən maraqlı qarşılaşmalarından biri İnfinity konferensiyasında “Baku Juniors”la lider “Squadra” arasında oldu. Oyunun gedişində iki top fərqi ilə geridə olan “Squadra” özündə güc toplayaraq meydandan 3:2 hesablı qələbə ilə ayrılmağı və bununla da zirvədəki yerini qorumağı bacardı.

2. Heyətində 3 “lipa” oyunçu aşkarlanan TOTA komandasının turnirdən kənarlaşdırılması bir qədər gözlənilməz oldu. Ümid edirik ki, digər komandalar onun aqibətini yaşamazlar.

3. 14-cü turda Platinum konferensiyasında keçirilmiş əksər oyunlar kifayət qədər məhsuldar alındı. “Xəzər” – “Avengers” görüşündə isə qapılara nə az, nə çox, düz 15 qol vuruldu.

4. Bu turda hər konferensiyada biri olmaqla yalnız iki görüşdə bərabərlik qeydə alındı. Bunlar İnfinity konferensiyasında “Baku Eagles” – “Veteran” (2:2) və Platinum konferensiyasında “Binə” – “Ümid Üçtəpə” görüşləridir.

5. Tur həm də liderlərin hamısının qələbə qazanması ilə əlamətdar oldu. Ona yaxınlaşdıqca bizi daha gərgin və maraqlı oyunların gözlədiyini deyə bilərik.

Geridə qalan 14 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 14 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

14-cü turdan sonra İnfinity konferensiyasında məhsuldar ötürmə edənlərin sıralaması aşağıdakı kimidir:

14-cü turdan sonra Platinum konferensiyasında məhsuldar ötürmə edənlərin sıralaması aşağıdakı kimidir:

14-cü turdan sonra İnfinity konferensiyasında rəqib qapılarından ən çox top keçirən futbolçuların sıralaması aşağıdak kimidir:

14-cü turdan sonra Platinum konferensiyasında rəqib qapılarından ən çox top keçirən futbolçuların sıralaması aşağıdak kimidir:

14 turdan sonra hər iki konferensiyadan play-off-a namizəd olan komandaların “Top-16”lığını təqdim edirik:

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
989

Son xəbərlər

Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46
Bütün xəbərlər