MBA Club Mentorship: biznes idarəçiliyi üzrə beynəlxalq dərəcəyə yönəlmiş Azərbaycan gəncləri üçün kömək | 1news.az | Xəbərlər
İqtisadiyyat

MBA Club Mentorship: biznes idarəçiliyi üzrə beynəlxalq dərəcəyə yönəlmiş Azərbaycan gəncləri üçün kömək

15:33 - 15 / 05 / 2020
MBA Club Mentorship: biznes idarəçiliyi üzrə beynəlxalq dərəcəyə yönəlmiş Azərbaycan gəncləri üçün kömək

Müasir dünyada İdarəetmə Magistri (MBA) proqramı üzrə beynəlxalq dərəcə getdikcə daha çox tələb olunur.

Bunun səbəbi çox sadədir – çünki peşəkar ixtisaslaşdırma böyük karyera imkanlarına yol açır.

Lakin, beynəlxalq universitetə ​​qəbul üçün müraciət bəzən dəqiqlik və bir sıra nüansları tələb edən uzun müddətli prosesə çevrilə bilər.

Beynəlxalq universitetə MBA dərəcəsi üzrə ​​daxil olma prosesində Azərbaycanda yaradılan, MBA Club Mentorship proqramı adlanan yeni bir proqram kömək edə bilər.

“Proqramın vəzifəsi gənc nəslə MBA-ya sənəd təqdim edərkən məsləhət və mənəvi dəstək verməkdir” ­– 1news.az-a müsahibəsində proqram koordinatoru Ayşən Qarayeva söyləyib.

Proqram çərçivəsində növbəti tədbir, mayın 16-da, şənbə günü, 4 spikerin  – bu il dünyanın müxtəlif universitetlərində qabaqcıl MBA proqramları üzrə daxil olan azərbaycanlı gənclərin keçirəcəyi onlayn sessiya olacaq.

Bunlar arasında Harvard Biznes Məktəbinə “Unilever” şirkətindən daxil olan Nigar Mövsümlü, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Massaçusets Texnologiya İnstitutuna daxil olmuş Bəyazid Məlikov, “McKinsey” şirkətindən Rəşad Tağıyev və SOFAZ-dan Pensilvaniya Universiteti nəzdində Uorton Biznes Məktəbinə daxil olmuş Məhəmməd Məmmədovdur.

Spikerlər qəbul təcrübələri, üzləşdikləri çətinliklər və maneələri dəf etmək yolları barədə danışacaqlar. Onlayn sessiya saat 16.00-da MBA Club Facebook səhifəsində baş tutacaq.

“MBA Club Mentorship proqramına start vermişik və bizim böyük planlarımız var. Missiyamız dünyanın aparıcı MBA proqramlarında Azərbaycanın reytinqini yüksəltməkdir", - deyə Dövlət Neft Şirkətində (ARDNŞ) proqram yaradıcılarından biri, Miçiqan Universitetində (ABŞ) Ross Biznes Məktəbinin 2010-cu il məzunu İlham Mehrəliyev LinkedIn-də yazıb.

Şənbə sessiyasına hər kəs qoşula bilər: hər kəsə açıqdır, ödənişsizdir və iştirakçıların sayı ilə məhdudlaşmır.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
3389

Son xəbərlər

“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38
Bütün xəbərlər