Azərbaycanda muzdla çalışan işçilərin sayı 1,78 milyonu ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda muzdla çalışan işçilərin sayı 1,78 milyonu ötüb

First News Media10:05 - Bu gün
Azərbaycanda muzdla çalışan işçilərin sayı 1,78 milyonu ötüb

2026-cı il avqustun 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 781,1 min nəfər olub.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, muzdla çalışanların 836,9 min nəfəri dövlət sektorunda, 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla çalışan işçilərin 18,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat sahələrində çalışıb.

İşçilərin 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub. Muzdla çalışanların 15,1 faizi isə iqtisadiyyatın digər sahələrinin payına düşüb.

Qeyd olunub ki, 2026-cı ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artıb.

Nəticədə orta aylıq nominal əməkhaqqı 1176,7 manat təşkil edib.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər