Emin Əmrullayev: Son 10 il ərzində müəllimlərin verdiyi təhsilin keyfiyyətini artıra bilmişik | 1news.az | Xəbərlər
Siyasət

Emin Əmrullayev: Son 10 il ərzində müəllimlərin verdiyi təhsilin keyfiyyətini artıra bilmişik

First News Media12:29 - Bu gün
Emin Əmrullayev: Son 10 il ərzində müəllimlərin verdiyi təhsilin keyfiyyətini artıra bilmişik

Son 10 il ərzində müəllimlərin verdiyi təhsilin keyfiyyətini artıra bilmişik.

1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, hələlik müəllimlərin hamısı müsabiqə yolu ilə təhsil sisteminə cəlb olunmayıb, yalnız 1/3-i müsabiqə yolu ilə gəlib:

"Hər bir müəllim haqqında ümumi məlumat bazası formalaşdırılıb. Eyni zamanda müəllimlərin 90 faizdən çoxu sertifikatlaşdırmadan keçib".

Nazirin sözlərinə görə, pilot layihələrlə təhsil sistemini yaxşılaşdırmaq mümkünsüzdür:

"Pilot layihələrlə təhsil sistemini yaxşılaşdıra bilmərik. Təhsildə davamılılıq lazımdır. 30 fərqli qısa müddətli iş görməkdənsə, 5 iş görək amma davamlı olsun.

Düşünürəm ki, 10 il ərzində müəllim keyfiyyətini artıra bilmişik. Müəllimlərimizin üçdə biri sertifikatlaşdırma, diaqnostika, MİQ-lə işlərinə davam edir",- deyə nazir bildirib.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər