Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə | 1news.az | Xəbərlər
Siyasət

Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə

First News Media12:39 - Bu gün
Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək.

1news.az xəbər verir ki, bu barədə diplomatik korpus nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib.

Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammitinin oktyabrın ortalarında Bakıda keçirilməsi planlaşdırılır.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər