Mətbuat işçiləri “Breaking News!” Media Weekend 2019-da görüşdülər – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat işçiləri “Breaking News!” Media Weekend 2019-da görüşdülər – FOTO – VİDEO

15:55 - 22 / 07 / 2019
Mətbuat işçiləri “Breaking News!” Media Weekend 2019-da görüşdülər – FOTO – VİDEO

Media ilə hər zaman səmərəli əməkdaşlıq edən “Gilan Holding”, mətbuat işçilərini peşə bayramları münasibətilə bu dəfə daha fərqli üslubda təbrik edib.

Mətbuat nümayəndələrinin həm faydalı, həm də maraqlı vaxt keçirmələri, beynəlxalq mətbuat aləmində baş verən yeniliklərlə tanış olmaları üçün Holding tərəfindən Milli Mətbuat Gününə həsr olunmuş “Breaking News!” Media Weekend 2019 adlı təlim proqramı təşkil olunub.

Ölkə üzrə aparıcı telekanallarının, informasiya agentliklərinin, xəbər portallarının, qəzet və radio kanallarının əməkdaşları bu tədbirə xüsusi maraq göstərərək, 20 və 21 iyul tarixlərində “Pullman” otelində dünya səviyyəsində peşəkar ekspert Fil Vordmanın təlimində iştirak ediblər.

Nüfuzlu “Sky News”, “BBC”, “Thomson Reuters”, “ITV News” beynəlxalq media qurumlarının ən qabaqcıl təcrübəsi təlimə qatılmış 140 nəfərdən artıq qonağın böyük marağına səbəb olub. İnterraktivlik, maraqlı diskussiyalar, təcrübə mübadiləsi ilə yadda qalan “Breaking News!” Media Weekend 2019 iştirakçılarını rəqəmsallaşan mediada son trendlər və bir çox digər yeniliklər ilə tanış edib.

“Gilan Holding” Azərbaycanın dünyada tanınmasına töhfə verən, hər zaman inkişafda olan ölkəmizdə baş verən yenilikləri peşəkarlıq prinsiplərinə riayət edərək işıqlandıran kütləvi informasiya vasitələri işçilərini 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir və fəaliyyətlərində müvəffəqiyyətlər arzu edir.

 

 

Paylaş:
751

Son xəbərlər

Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20
Bütün xəbərlər