“MFL Carlsberg Biznes Liqası”nın VI turu: “Universal”dan çətin qələbə, “Azersun” liderliyini qorudu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“MFL Carlsberg Biznes Liqası”nın VI turu: “Universal”dan çətin qələbə, “Azersun” liderliyini qorudu – FOTO – VİDEO

17:48 - 17 / 02 / 2020
“MFL Carlsberg Biznes Liqası”nın VI turu: “Universal”dan çətin qələbə, “Azersun” liderliyini qorudu – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın 6-cı turunun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm A, həm də B qruplarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlərin əksəriyyəti gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 6-cı turda lider “Binə Aqro” METAK üzərində 3:1 hesablı qələbə qazanaraq ilk pillədəki yerini qoruyub. Onu daban-dabana izləyən “Gilan Tekstil Park”la “Universal” komandaları da növbəti qələbələrini qazanıblar.

“Soliton LTD” isə “White Smile Dental Clinic” komandasının qapısından beş cavabsız top keçirərək turnir cədvəlində rəqibinin önünə keçib.

B qrupunun liderlər növbəti qələbələrini qazanıblar. “Azersun” “Zeytun Pharmaceuticals”a, SOCAR “Carlsberg”ə, “Veysəloğlu” isə “İSR Holding”ə qalib gəlib.

B qrupunun və ümumilikdə turun heç-heçə bitən yeganə qarşılaşması “AVT Logistics” – “Holcim FK” oyunu olub. Tərəflər hərəyə bir dəfə fərqlənərək meydanı bir xalla tərk ediblər.

Turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

A qrupunun turnir cədvəlini təqdim edirik.

B qrupunun turnir cədvəlini təqdim edirik.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın eksklüziv tərəfdaşı “Carlsberg” şirkətinin ölkəmizdəki təmsilçisi “Carlsberg Azerbaijan” şirkətidir. Turnirin təşkilati dəstəyi isə AFFA tərəfindən təmin edilir.

Öz qruplarında ilk 4 yeri tutan komandalar play-off oyunlarına vəsiqə qazanacaqlar. Burada isə komandalar 1/4 final və yarımfinalda qüvvələrini sınayacaqlar. Sona qalan iki komanda turnirin qalibi adı uğrunda həlledici final oyununa çıxacaq.

Turnirin qalibi adını qazanan komanda Türkiyə kubokunun final oyununu pulsuz izləmək imkanı əldə edəcək. Komandanın səfər, nəqliyyat və otel xərcləri “Carlsberg Azerbaijan” şirkəti tərəfindən qarşılanacaq.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
1038

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər