1news.az

Milli Məclisin növbədənkənar sessiyası başlayıb

4 Avqust saat 11:43 ~ 1 dəqiqəlik oxu 4190
Milli Məclisin növbədənkənar sessiyası başlayıb

Milli Məclisin növbədənkənar sessiyası başlayıb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, növbədənkənar sessiya çərçivəsində bu gün Əmək və sosial siyasət komitəsinin iclası keçirilir.

Komitə sədri Musa Quliyev bildirib ki, iclasda dövlət büdcəsinə dəyişikliklər müzakirə olunur. İclasının gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidır (birinci oxunuş).

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net