Mübariz Əhmədoğlu: Rusiya ilə ABŞ münasibətlərində artan yalnız neqativlikdir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiya ilə ABŞ münasibətlərində artan yalnız neqativlikdir

12:26 - 09 / 10 / 2019
Mübariz Əhmədoğlu: Rusiya ilə ABŞ münasibətlərində artan yalnız neqativlikdir

Rusiya nümayəndə heyətinin BMT BA-da iştirakına ABŞ tərəfindən viza maneəsi tətbiq edildi. Bu tarixdə bəlkə də ilk dəfə baş verirdi.

Rusiya kəskin reaksiya verdi. RF Xİ naziri S.Lavrov bunu ABŞ Dövlət Katibi Mayk Pompeo ilə müzakirə etdi. Lavrovun açıqlamasına görə, Pompeo və Trampın Rusiyaya qarşı tətbiq olunan viza qadağasından xəbərləri yoxdur. Əksər ABŞ mütəxəssisləri bunu “texniki problem” adlandırdılar. Buna baxmayaraq, baş verənlər Rusiya-ABŞ münasibətlərində hər şeyin normal olduğu anlamında deyil; münasibətlərdə gərginlik artan istiqamətdədir.

ABŞ özünün hərbi xərclərini artırır və səbəb kimi Rusiya və Çinin gücünün artmasını göstərib.

ABŞ Suriyada Konstitusiya Komissiyasının yaradılması barədə Rusiyanın rolunu təsdiq etdi. Eyni zamanda Suriyada proseslərin sabitləşməməsi istiqamətində fəaliyyət göstərir.

Rusiya şirkətləri Suriyanı yanacaqla təmin etdiyi üçün ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi.

Rusiya tərəfinin yaydığı məlumata görə, ABŞ Çin-lə Rusiyanın arasını vurmaq istiqamətində fəaliyyət göstərir.

Gərginliyin motivasiyası olan daha ciddi məsələlər var. RF XİN dünyada nüvə müharibəsinin başlanma riskinin böyük olduğunu açıqladı.

RF müdafiə naziri S.Şoyqunun fikrincə, ABŞ-ın özünü üstün hesab etməsinə inamı Rusiya üçün ən böyük təhlükədir.

ABŞ Qara dənizdə Rusiyanı blokadaya almaq siyasətini aparır.

Pentaqonun başçısı da Rusiya və Çini “ən böyük təhlükə mənbəyi” adlandırdı.

ABŞ-ın Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı Cefri Xarriqyan RF-in Kalininqrad vilayətində RƏMS sistemini dağıtmağa hazır olduqlarını bildirdi. Bəlkə də tarixin ironiyasıdır ki, Xarriqyan da ermənidir, Kalininqrad şəhərinin qubernatoru da ermənidir və hal-hazırda Ermənistanın Rusiyadakı səfiri V.Toqonyan Kalininqrad ermənilərinin aktivləşməsi istiqamətində müəyyən işlər görüb.

BMT BA müstəvisi çərçivəsində RF Xİ naziri çoxsaylı görüşlər keçirdi və o cümlədən ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi H. Kissincerlə bir çox məsələləri müzakirə etdi.

RF Xİ naziri S.Lavrov Aİ-ni “etibarsız tərəfdaş” adlandırdı.

ABŞ rəsmilərinin fikrincə, NATO Rusiya üzərində üstünlüyünü itirir.

RF prezidenti V.Putin NATO üzvlərinə müraciət ünvanladı.

Səudiyyə Ərəbistanının neft anbarlarının bombalanmasını Rusiya tərəfi pislədi. Prezident V.Putin Səudiyyə Ərəbistanına “S-300” və ya “S-400” ZRK almağı təklif etdi. Amma Səudiyyə şahzadəsi ilə telefon danışığında bu məsələni deyil, qarşıdakı təmasları müzakirə etdi.

Venesuela prezidenti N.Maduro Moskvada prezident V.Putinlə görüşüb, xüsusilə hərbi-texniki əməkdaşlıq və Venesuelanın borcunun ləğvi məsələlərini müzakirə etdi. Artıq bəzi rusiyalı hərbi mütəxəssislər yenidən Venesueladadır.

Fransa-Rusiya münasibətləri inkişafdadır. Prezident V.Putin Fransanın eks-prezidenti Jak Şirakın dəfn mərasimində iştirak etdi. Bundan əvvəl isə iki ölkənin Xİ nazirləri ABŞ-ın Orta və Uzaq Mənzilli Raketlər Müqaviləsindən çıxmasını müzakirə etmişdilər.

Çinlə Rusiya arasında münasibətlərdə ciddi keyfiyyət dəyişikliklərinin əsası qoyula bilər. Prezident V.Putin Çinin dünya siyasətində rolunun artmasından danışdı. RF Xİ naziri S.Lavrov Çini Rusiyanın böyük qardaşı adlandırmaqdan imtina etdi. BMT BA çərçivəsində RF Xİ naziri S.Lavrov və Çinin Xİ naziri Van İ ŞƏT və BRİKS çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Qazaxıstanda K Tokayevin prezident seçilməsinin 100 günlüyü yeniliklərlə xarakterizə oluna bilər.

Qazaxıstanda Kasım-Jomart Tokayevin prezident seçilməsinin 100 günlüyü kifayət qədər yenilik və ya ümumiləşdirmələrlə xarakterizə oluna bilər. K.Tokayev kasıblar üçün prezident imicini seçdi. Dərin islahatlara başladı. O, bu islahatların anonsunu hətta BMT Baş Assambleyasında çıxışı zamanı bildirdi. Ölkəyə qayıdan həmvətənlərə “oralman” terminindən istifadəsinin əleyhinə çıxdı, “qandaş” terminini təklif etdi. Prezident K.Tokayevin atdığı addımlar Elbası N.Nazarbayevi müəyyən qədər narahat edir.

K.Tokayev BMT Baş Assambleyasında iştirakı zamanı Nyu-Yorkda çoxsaylı görüşlər keçirtdi. ABŞ-ın siyasi və ekspert mühiti, biznes kapitanları, Bloomberg agentliyinin rəhbəri M.Blumberqlə görüş keçirdi. Məqsədi Qazaxıstanın imicini dəyişməkdir. Çoxsaylı iş adamları ilə görüşdü.

K.Tokayev Administrasiyanın rəhbərini və xarici işlər nazirini dəyişdi, özünə daha yaxın adamlar təyin etdi.

K.Tokayev Çinə səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Tszinpinlə görüşdü, görüş zamanı 10 sənəd imzalandı. Qazaxıstanla Çin arasında iqtisadi əlaqələrdə kifayət qədər artım var. Çin biznesinin aktiv iştirakı artıq əhalidə narazılıq yaradır. Guya çinlilər Qazaxıstanda daha 55 zavod tikiblər və bununla da Qazaxıstanın bütün iqtisadiyyatını ələ keçirəcəklər. Buna görə Qazaxıstanda mitinqlər başladı. Çinin Qazaxıstandakı səfiri Çjiau Syao 55 Çin müəssisəsinin tikilməsi ilə bağlı izahı hansısa qüvvələrin təsiri ilə baş verdiyini bildirdi. Vəziyyətin gərginliyini görən prezident K.Tokayev əhalini şayiələrə inanmamağa çağırdı. Ümumiyyətlə Qazaxıstanda siyasi vəziyyət ilə əlaqəli əhalidə aktivlik var. Tez-tez mitinqlər keçirilir və bəzi mitinq iştirakçıları hüquq-mühafizə orqanları tərəfindən saxlanılır.

Rusiya-Qazaxıstan münasibətlərində hərbi xarakterli məsələlər daha aktual olub. Baykonur kosmodromuna giriş-çıxış məsələsi müzakirə obyektidir. Orenburqa gedən Rusiya qoşunları Qazaxıstan ərazisindən tranzit kimi istifadə etdilər. Rusiya hərbçiləri Qazaxıstandakı poliqondan “İskəndər” OTRK-nın atəşini reallaşdırdılar. Rusiyanın Müdafiə naziri S.Şoyqu Qazaxıstanda həmkarı Askar Jumaqaliyev ilə ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etdilər. RF prezidenti V.Putin Qazaxıstanın ilk prezidenti, hal-hazırda Elbası N.Nazarbayevi Moskvaya dəvət etmişdi, görüş zamanı ikitərəfli regional və beynəlxalq məsələlər müzakirə edildi. Prezident V.Putin Bayterekdəki kosmik-raket kompleksinə Nazarbayevin adını verməyi təklif etdi. İki ölkə arasında iqtisadi münasibətlərdə də dinamika var. “Lukoyl” Qazaxıstanda iştirakını artırıb. “Lukoyl” kompaniyasının direktoru V.Ələkbərovu Qazaxıstanda prezident, Baş nazir qəbul etdi. V.Ələkbərov “Qazmunayqaz”ın idarə heyətinin sədri Alik Aydarbekovla tədqiqat işləri barədə birgə müqavilə imzaladılar.

Rusiya ilə ratifikasiya olunmuş protokol Qazaxıstan vətəndaşlarına Rusiya ilə sərhədi keçməyi daha da asanlaşdıracaq.

Asiya İnkişaf Bankı Qazaxıstana 250 milyon dollar vəsait ayırdı. Bu vəsait 4 vilayətdə irriqasiya şəbəkəsinin yaxşılaşmasına sərf olunacaq.

Qazaxıstan riyaziyyat və təbii elmlər üzrə akademik biliklərə görə dünyada Top 10-luğa daxil oldu. Bu barədə hökumətin iclasında Qazaxıstanın Təhsil və Elm naziri Asxat Aymaqambetov məlumat verdi.

Qazaxıstanın milli valyutası tenge zəifləməkdə davam edir. Artıq 1 dollar 390 tengelik tarixi minimuma qədər aşağı düşüb.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
612

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər