1news.az

Nazir müavini: “Bu şəxslərə onların əməkhaqqı fondunun 1 aylıq maaşı həcmində dəstək göstəriləcək”

8 Avqust saat 12:17 ~ 1 dəqiqəlik oxu 5690
Nazir müavini: “Bu şəxslərə onların əməkhaqqı fondunun 1 aylıq maaşı həcmində dəstək göstəriləcək”

“Maliyyə dəstəyi paketi vergi ödəyicilərinə şamil olunur. Bu şəxslərə onların əməkhaqqı fondunun 1 aylıq maaşı həcmində dəstək göstəriləcək”.

1news.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

Onun sözlərinə görə, 215 min işçini əhatə edən dəstək icra edilib:

“170 minə yaxın fərdi mikrosahibkara da dəstək göstərilib. İkinci mərhələdə də bu sahibkarlara dəstək göstəriləcək. Eyni zamanda avqust ayında ehtiyacı olan sahibkarlara müraciət etməsi üçün müraciət etmişik. Sahibkarlıq subyektlərinin rəsmi əməkhaqqısına uyğun ödənişlər edirik. Orada qeyri-rəsmi işçi olubsa, sistemdə görünmür”.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net