1news.az

Onlarla vəkil koronavirusa yoluxub - Kollegiya sədri açıqladı

25 Noyabr saat 13:49 ~ 1 dəqiqəlik oxu 2250
Onlarla vəkil koronavirusa yoluxub - Kollegiya sədri açıqladı

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov koronavirus pandemiyasının Azərbaycanda geniş yayılması ilə bağlı ictimaiyyətə müraciət edib.

1news.az xəbər verir ki, A.Bağırov bildirib ki, ölkədə COVİD-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır: "Təəssüf ki, bu bəla vəkillərimizdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşlarından yan keçməyib.

Hal-hazırda koronavirusa yoluxan onlarla həmkarımız həkim nəzarəti altında müalicə olunur, hər kəsə Allahdan şəfa diləyirəm. Hər birinizdən artıq dərəcədə xahiş edirəm, özünüzü və yaxınlarınızı qoruyun, bütün sanitar qaydalara ciddi əməl edin".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net