Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub | 1news.az | Xəbərlər
Siyasət

Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub

12:01 - 16 / 09 / 2019
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) tamhüquqlu üzvü olub.

1news.az prezident Şavkat Mirziyoyev Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlüyü ilə bağlı parlamentin parafladığı Qanunu imzalayıb.

Türk Şurasının bununla əlaqədar yaydığı bəyanatda isə deyilir ki, 2009-cu ildə Naxçıvan sazişi ilə əsası qoyulan və indiyə qədər Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Türk Şurasına daha bir türkdilli ölkənin - Özbəkistanın da qoşulduğu bildirilir.

Vurğulanır ki, Naxçıvan Sazişinin Özbəkistan Respublikası tərəfindən ratifikasiyası 2019-cu il sentyabrın 14-də tamamlanıb. Bununla, Özbəkistan Respublikası Türk Şurasının tamhüquqlu üzvü olacaq. Bu tarixi qərar Naxçıvan sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edir. Bu il oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşündə prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyəti də iştirak edəcəkdir.

“Bu, tarixi hadisədir. Qardaş Özbəkistanın Türk Şurası ailəsinə qoşulmasını alqışlayır və inanıram ki, bu əlamətdar hadisə Türk Şurasının fəaliyyətinə, türkdilli ölkələr və xalqlar arasında getdikcə artan əməkdaşlığa mühüm təkan verəcək”, - deyə bəyanatda qeyd olunur.

1news.az  

Paylaş:
447

Son xəbərlər

Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14
Bütün xəbərlər