1news.az

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılır

12 Sentyabr saat 17:20 bir dəqiqəlik oxu 215
Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılır

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılmaq barədə qərar qəbul edib.

1news.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılması çox müsbət haldır.

M.Çavuşoğlu əlavə edib ki, yaxın vaxtlarda Türkmənistanın da bu quruma üzv olması gözlənilir.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan daxildir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net