Paşinyan yenə Putinə zəng etdi | 1news.az | Xəbərlər
Siyasət

Paşinyan yenə Putinə zəng etdi

21:53 - 02 / 10 / 2020
Paşinyan yenə Putinə zəng etdi

Ermənistan baş naziri Nikol Paşinyan son 6 gündə 3-cü dəfə Rusiya prezidenti Vladimir Putinə zəng edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Kreml məlumat yayıb.

“Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə olunub. Putin yenidən döyüşlərin dərhal dayandırılması və ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin (Rusiya, Fransa, ABŞ) 1 oktyabr 2020-ci il tarixli birgə bəyanatı əsasında siyasi diplomatik danışıqların bərpasını vacib bilib” - deyə açıqlamada bildirilir.

S.Xankişiyeva

 

 

Paylaş:
863

Son xəbərlər

Bütün xəbərlər