Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub

17:11 - 07 / 07 / 2020
Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub

Azərbaycan Prezidenti İlham Əliyevin tarixi faktlara, sənədlərə istinadən beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan həqiqətləri ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları hər gün bir az daha artıq ifşa etməkdədir.

Bu həqiqətlər sırasında son iki əsrdə Cənubi Qafqazda yeridilən erməniləşdirmə siyasəti nəticəsində bölgəyə və bölgə xalqlarına gətirilən çoxlu bəlalar, münaqişə, müharibə, deportasiya və soyqırımları xüsusi yer tutur.

1918-ci ildə Azərbaycan torpaqları hesabına Ararat Respublikası adı ilə tarixdə ilk dövlətlərini yaratmaq fürsəti əldə edən ermənilər dərhal öz əsl simalarını ortaya qoydular və onlara bu fürsəti verən region xalqlarına, ilk növbədə ərazinin yerli sakinləri olan azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirməyə, dinc əhalini qəddarlıqla və kütləvi şəkildə məhv etməyə başladılar. Sonra tarixi mənbələr saxtalaşdırıldı, bu ərazilərdə nə varsa, hamısı mənimsənildi, abidələrimiz, toponimlərimiz erməniləşdirildi.

2020-ci il iyunun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Tərtər Rayon Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında alimlərimizin diqqətini bir daha bu məsələlərə cəlb etdi: “İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün”, – deyərək alimlərimizə çağırış etdi.

Yeni Azərbaycan Partiyasından (YAP) AZƏRTAC-a bildiriblər ki, bu çağırışa cavab olaraq YAP-ın layihəsi kimi bu günlərdə “Elm və təhsil” nəşriyyatında tədqiqatçı alim, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub. Kitabda Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində ermənilər tərəfindən adı dəyişdirilmiş 953 toponimin – oykonim, oronim və hidronimin siyahısı verilib. Bu toponimlər Ermənistan SSR-in soydaşlarımızın sonuncu (1988-ci il) deportasiyasına qədərki ərazi inzibati bölgüsü – rayonları üzrə qruplaşdırılıb, Qafqaz Hərbi Dairəsinin 1903-cü il hərbi-topoqrafik xəritəsindən hər rayona uyğun görüntülər verilib.

Kitaba daxil edilmiş toponimlər hər bir toponimin “köhnə adı”, “yeni adı” və “dəyişdirilmə tarixi” (bu dəyişdirilmə ilə bağlı Ermənistan SSR Ali Soveti Fərmanının tarixi) xanaları üzrə qruplaşdırılıb. Bu özü də toponimlərimizin soyqırımının Ermənistanda dövlət səviyyəsində həyata keçirilməsinin əyani sübutudur.

Kitabda Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində Azərbaycan toponimlərinin ermənilər tərəfindən dəyişdirilmə prinsiplərinə də xüsusi diqqət yetirilib. Müəllif belə prinsiplərdən on birini müəyyən edib və konkret nümunələrlə fikrini əsaslandırıb.

Kitab geniş oxucu kütləsi və mütəxəssislər üçün nəzərdə tutulub.

S.Xankişiyeva

 

Paylaş:
774

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər