Pronet MMC  “British School in Baku”-da təhsil prosesini avtomatlaşdırır – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Pronet MMC  “British School in Baku”-da təhsil prosesini avtomatlaşdırır – VİDEO

10:00 - 18 / 04 / 2019
Pronet MMC  “British School in Baku”-da təhsil prosesini avtomatlaşdırır – VİDEO

Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından Britaniya Beynəlxalq Məktəbinin Azərbaycandakı mərkəzi olan “British School in Baku” 2007-ci ildən fəaliyyət göstərir. 

Hal-hazırda müxtəlif milliyyət və mədəniyyətdən olan bir çox şagirdə məktəb ciddi akademik proqram tədris edir.

Tədris keyfiyyətinin yaxşılaşdırılması və şagird-valideyin-müəllim əlaqələrinin daha da şəffaf və loyal şəkildə təmin edilməsi üçün məktəb, növbəti ildən etibarən “Tam Avtomatlaşmış Təhsil Modelinə” keçid edəcək.

Bunun üçün sözügedən məktəblə, ölkənin ən nüfuzlu ERP Proqram təminatçısı şirkəti olan Pronet MMC arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb.

Təxminən 2 aya yaxın bir müddət ərzində aparılan danışıqlar zamanı, Pronet MMC-nin təklif etdiyi “ProSCHOOL” - Məktəb və Təhsil Müəssisələrinin İdarəolunması sistemindən əlavə olaraq bəzi Avropa ölkələrinin təklif etdiyi sistemlər də məktəbin mütəxəssisləri tərəfindən dəyərləndirilib. Danışıqlar prosesinin son mərhələsində yekdilli qərar olaraq “Made in Azerbaijan” brendi adı altında fəaliyyət göstərən Pronet şirkətinin təklif etdiyi sistem daha yüksək səviyyədə qiymətləndirilib.

Belə ki, 2019-2020-ci tədris ilindən etibarən istifadəsinə başlanılacaq proqram təminatı sayəsində artıq məktəbdə elektron jurnal, elektron gündəlik, elektron dərs cədvəli, avtomatlaşdırılmış zəng və kütləvi xəbərdarlıq sistemi, avtomatlaşdırılmış nəzarət və qeydiyyat sistemi, mərkəzləşdirilmiş video-müşahidə və təhlükəsizlik sistemi, avtomatlaşdırılmış mərkəzi saat sistemi, mərkəzləşdirilmış telefoniya sistemi, elektron kitabxana, online ödəniş, imtahanların keçirilməsi və kütləvi SMS sistemi kimi önəmli yeniliklərdən istifadə olunacaq.

Hər iki qurumdan verilən açıqlamaya görə bu sistemin tətbiqi ümumi olaraq Azərbaycan təhsil sisteminə daha da fayda vermək və belə bir böyük xarici məktəbin yerli mühitdə önəmli söz sahibinə malik olmasına gətirirb çıxaracaq.

“ProSCHOOL” - Məktəb və Təhsil Müəssisələrinin İdarəolunması sisteminin layihə rəhbəri Zaur İsayev bildirir ki, proqram təminatı 2012-ci ildən bəri artıq 7 ildir ki, “Bakı Müasir Məktəbi” (Baku Modern School) tərəfindən istifadə olunur. Bundan əlavə olaraq paytaxtda yerləşən 2 saylı Tibb Kolleci və Sumqayıt şəhərində fəaliyyət göstərən Sumqayıt Tibb Kollecini də nümunə çəkə bilərik. Bu müəssisələrdə hal-hazırda sistemin "İmtahan və attestasiya proseslərinin avtomatlaşdırılması" modulu istifadə olunur.

Qeyd edək ki, Pronet MMC şirkəti 2003-cü ildən bəri Azərbaycan İT bazarında fəaliyyət göstərir. Şirkətin "Prospect" adlanan zəngin kataloqa malik ERP həllərinə "Çağrı Mərkəzi", "Elektron Sənəd Dövriyyəsi", "İnsan Resurslarının İdarəolunması", "Müştəri Münasibətlərinin Nizamlanması", "Tapşırıq və Layihələrin İdarəolunması" "İmtahan və Attestasiya Proseslərinin Avtomatlaşdırılması" və s. kimi sistemlər aiddir.

Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, ANAMA, "Azərkosmos", "Abşeron Logistika Mərkəzi" Naxçıvan MR Dövlət Qulluğu idarəsi, "Veysəloğlu" Holdinq, "OMG" İnternational, "Paşa" Holdinq, AzərTürkBank, Rabitəbank, Unibank, KontaktHome, "Hilton" Otel və digər nüfuzlu qurumların da daxil olduğu, ümumilikdə ölkədə ki, bir çox dövlət və özəl müəssisələrin, iri holdinq və şirkətlərin on minlərlə əməkdaşını istifadəsini əhatə edən bu sistemlər öz etibarlılığı və funksionallığı ilə tanınır.

Reklam hüququnda

 

Paylaş:
2479

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər